“Qadın ana olduğu üçün işdən kənarda qalmamalıdır” Razi Nurullayev
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qadınların ana olduqdan sonra əmək bazarından kənarda qalmaması üçün uşaq baxımı və əmək şəraiti ilə bağlı əlavə imkanların yaradılması təklif olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, uşaq baxımı ailələrə dövlət dəstəyi sisteminin mühüm hissəsi olmalıdır:
“Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin təbii hissəsi ola bilər”, – R.Nurullayev vurğulayıb.
O qeyd edib ki, uşaqların təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi də ailələr üçün mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, məqsəd yalnız daha çox uşağın dünyaya gəlməsi deyil, daha təhlükəsiz və övladını gələcəyə inamla hazırlaya bilən ailələrin formalaşmasına dəstək göstərmək olmalıdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















