Qadın güləş millimiz Macarıstanda
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Tatabanya şəhərində start götürən hazırlıq prosesində Macarıstan, Litva, Almaniya, Finlandiya, Yaponiya, Rusiya, Braziliya, Türkiyə, Estoniya, İtaliya və Rumıniyadan olan güləşçilər də iştirak edirlər.
Əsasən taktiki-texniki çalışmaların üstünlük təşkil etdiyi toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) yer alıb.
Qeyd edək ki, hazırlıq prosesi fevralın 21-dək davam edəcək.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















