Qadın minaaxtaranlar tərəfindən indiyədək 600 hektardan çox ərazi təmizlənib Ramil Əzizov
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar əvvəlcə Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov məlumat verib.
O qeyd edib ki, hazırda 18 qadın minaaxtaran və 2 qadın paramedik fəaliyyət göstərir: “Qadın minaaxtaranlar tərəfindən indiyədək 600 hektardan çox ərazi minalardan təmizlənib, 550 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Minaaxtaran qadınlarla yanaşı, minaaxtaran it bələdçisi xanımlar da fəaliyyətə cəlb olunub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Noyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















