Icma.az
close
up
RU
Qadın və başlanğıc Şahanə Müşfiq yazır

Qadın və başlanğıc Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Bir qadın bir insanın həyatında nə qədər önəm kəsb edə bilər? Bir qadın bir insanı nə qədər dəyişə, hətta başdan yarada bilər? Bəzən bir qadının təsiri o qədər güclü olur ki, onun varlığı insanın dünyagörüşünü, sənətini, hətta şəxsiyyətini kökündən dəyişdirir. Bu cür nümunələr tarixdə, ədəbiyyatda və sənətdə nadir olmadan rast gəlinir. Ancaq bəlkə də ən diqqət çəkəni XX əsrin ən böyük sənətkarlarından biri hesab olunan Salvador Dalinin həyatındakı Qala adlı qadının rolu idi.

Məhşur rəssamın həyatına nəzər salarkən onun bir dahiyə çevrilməsinin arxasında təkcə istedad deyil, həm də bir qadın obrazının dayandığını görürük. Elena İvanovna Diakonova - Qala əslən rus əsilli, Dalidən 10 yaş böyük bir qadın idi. İlk dəfə qarşılaşdıqları anda - 1929-cu ildə 25 yaşında utancaq, içinə qapanıq gənc Dali Qalanın qarşısında donub qalmış, hətta qorxudan özünü boyayla örtmüşdü. Lakin bu "donma" əslində bir başlanğıc idi: Dali özünü tanıyacaqdı, amma yalnız Qalanın aynasında.

Dali sonralar deyəcəkdi: "Qala olmasaydı, DalQ deyə bir şey olmayacaqdı". Bu etiraf sadəcə bir aşiqin romantik sözləri deyil, sənətin sirli mexanizmini açan bir bəyandır. Çünki tarixin ən böyük sənətkarlarının çoxunun yanında ya bir qadın sevgili, ya da qadın obrazı var. Sanki kişi sənətkar üçün ilham pərisi mütləq qadın olmalı imiş kimi...

Qala, Dalinin həm həyat yoldaşı, həm ilham mənbəyi, həm də sənətinin qoruyucusu kimi çıxış etmişdi. Onun varlığı Dalinin yaradıcılıq enerjisini və ideyalarını formalaşdırmaqla yanaşı, onun sənət dünyasına öz imzasını da atmışdı. Qala olmadan Dalinin əsərlərindəki sürrealizm o qədər də canlı və dərin olmayacaqdı, şübhəsiz. O, Dalini təkcə sevgi ilə deyil, həm də sənətkar kimi tam anlamıyla "yaradaraq" həyatını və işini yeni istiqamətə yönəltmişdi.

Bəli, bir qadın bir insanın həyatını dəyişə bilər. Amma Qala və Dalinin hekayəsi göstərir ki, bəzən bu dəyişiklik sadəcə təsadüfi deyil; o, həm də qarşılıqlı bir təsirin məhsulu olur. Qala Dalidə özünü tapdı, Dalini isə sənət dünyasında ölümsüz etdi.

Qadın yazarlar, şairlər, rəssamlar çox vaxt təbiətdən, duyğulardan, hadisələrdən və əşyalardan ilhamlanırlar. Onların qələmində bir ağac, bir yağış damcısı, bir təsadüfi baxış asanlıqla poeziyaya çevrilə bilir. Qadının yaratdığı aləm çoxqatlı, dolaylıdır: əvvəl duyğuya toxunur, sonra təsvirə keçir, ardınca sözə və sənətə çevrilir. Onlar ilhamı ətrafdakı varlıqdan toplayır və içdən doğururlar.

Amma kişidə bu proses başqa cürdür. Daha doğrusu, kişidə fərqli bir məntiq işləyir. Kişi düz xətlə hərəkət edir: o, istisnasız şəkildə qadın başlanğıcına çəkilir. Bu, yalnız sevgili və ya həyat yoldaşı mənasında deyil, arxetipik bir həqiqətdir. Qadın başlanğıcı - həyatın qaynağı, doğumun, yaradıcılığın və hətta Tanrı obrazının ilk əksidir. Kişi sənətkar bu başlanğıca söykənərək özünü tamamlayır. Necə ki, Dali üçün bu başlanğıc Qala idi.

Burada maraqlı bir paradoks da var: kişi sənətkarın ilhamlandığı qadın çox zaman real qadın deyil, onun "güzgüdəki obrazı"dır. Yəni qadın həm var, həm yoxdur. Onun reallığı sevgi münasibətindədir, lakin sənətkar üçün qadın daha çox bir simvol, bir güzgüdə əksdir. Dali Qalaya aşiq oldu, amma o sevgidən daha çox Qalanın onun dahiliyinə güzgü tutması önəmli idi.

Ədəbiyyat tarixinə gözucu nəzər salmaq belə, bu istiqamətdə onlarla nümunə ilə qarşılaşmağımıza kifayətdir. Dante üçün Beatrice, Puşkin üçün Nataliya, Cəlil Məmmədquluzadə üçün Həmidə xanım, hətta Nizami üçün Afaq - qadın obrazı təkcə eşqin yox, həm də sənətin hərəkətverici qüvvəsi idi. Qadın başlanğıcı olmadan kişi sənətkarın yolu tamamlanmırdı.

Qadınlar yazanda çox zaman öz iç dünyalarından, duyğularından və təbiətin sükutundan danışırlar. Onlar üçün insan ilham mənbəyi sırasında bəlkə də ən axırıncı sıralardadır. Əgər nə zamansa, hansısa qadın sənətkar hansısa insandan ilhamlanarsa, o zaman o da qadın olacaqdır - güzgüdəki qadın... Məsələn, dünyaca məşhur rəssam Frida da tarixdə yaradıcılığı ilə yanaşı, ağrılı eşq macərası ilə də xatırlanır. Onun Dieqoya olan "xəstəlikli" eşqi ta illərin o tayından danışılır. Amma Dieqo Fridanın əsərlərinin ilham mənbəyi deyildi. Onun yaradıcılığında özünün güzgüdəki əksi açıq-aydın görünür. Frida hər zaman özünü, öz ağrılarını çəkirdi, özündən ilhamlanırdı.

Amma kişilər yaratmaq üçün qadına möhtacdırlar. Çünki qadın başlanğıcı yaradıcılığın sirli kodudur. Dali və Qala hekayəsi bunun təsdiqidir. Qala olmasaydı, Dalinin əsərləri bəlkə də sadəcə qəribəlikdən ibarət olacaqdı. Amma o, Qalanın aynasında özünü dahi kimi gördü və dünyaya da bu şəkildə təqdim etdi.

İlham pərisinin qadın olması təsadüfi deyil. Çünki qadın özü həyatın başlanğıcıdır. Kişi isə daim həmin başlanğıca - qadının ruhuna, obrazına, gözlərinə - qayıdır. Qadınsız sənət yoxdur, qadınsız yaradıcılıq yoxdur. Əslində hər böyük sənətkarın arxasında bir qadın yox, bir başlanğıc dayanır ki, o başlanğıc da qadının varlığıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri