Icma.az
close
up
RU
Qızdırması olan uşağa bu səhvləri etməyin vəziyyəti daha da ağırlaşdıra bilər

Qızdırması olan uşağa bu səhvləri etməyin vəziyyəti daha da ağırlaşdıra bilər

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda bədən temperaturunun 38°C və üzərinə qalxması diqqət tələb edən haldır. Lakin valideynlərin ev şəraitində etdiyi bəzi yanlış müdaxilələr qızdırmanı azaltmaq əvəzinə, əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

Milli.Az-ın məlumatına görə, qızdırması olan uşağı çox soyuq və ya buzlu su ilə çimizdirmək təhlükəlidir. Belə müdaxilə orqanizmdə titrəməni artırır və bədənin müdafiə mexanizmini işə salaraq hərarətin daha da yüksəlməsinə səbəb ola bilər.

Ümumiyyətlə, 38°C-dən yuxarı temperatur əhəmiyyətli sayılır, 39°C yüksək qızdırma hesab olunur. Hərarət 40°C-ə çatdıqda isə mütləq həkim müayinəsi tələb edilir. Xüsusilə 3 aydan kiçik körpələrdə 38°C belə ciddi qəbul edilməlidir. Qızdırma 5 gündən çox davam edərsə, səbəbi araşdırılmalıdır.

Uşaqlarda qızdırmanın ən yayğın səbəbi virus infeksiyalarıdır - soyuqdəymə, qrip, virus mənşəli ishal, əl-ayaq-ağız xəstəliyi və s. Bakterial infeksiyalar daha az rast gəlinir, lakin risklidir və mütləq tibbi nəzarət tələb edir. Peyvənddən sonra qısa müddətli yüngül qızdırma normal sayılır, diş çıxarma zamanı isə temperaturun cüzi artması müşahidə oluna bilər.

Həkimlər vurğulayırlar ki, hər qızdırma təhlükə demək deyil. Əksər hallarda bu, immun sisteminin infeksiyaya qarşı mübarizə apardığının göstəricisidir. Uşağı sakitləşdirmək üçün ilıq duş faydalı ola bilər, amma yalnız müəyyən şərtlərlə.

Qətiyyən edilməməli olanlar:

Uşağı qalın geyimlərə bürümək və ya yorğanla sıx örtmək

Buzlu və ya çox soyuq su ilə duş qəbul etdirmək

Spirtlə bədəni silmək

Həkim məsləhəti olmadan antibiotik vermək

Qısa fasilələrlə və normadan artıq qızdırmasalıcı dərman istifadə etmək

Bütün paltarları çıxarıb uşağın üşüməsinə yol vermək

Bu cür səhvlər titrəməni artırır, qızdırmanı yüksəldə və hətta dərman zəhərlənməsinə səbəb ola bilər.

Düzgün yanaşma necə olmalıdır?

Uşağın üzərindəki artıq paltarları çıxarın

Otaq temperaturunu 21-23°C səviyyəsində saxlayın

Bol maye verin: su, ana südü, ayran, duru meyvə şirələri

Uşaq çox narahatdırsa, yalnız həkimin tövsiyə etdiyi dozada qızdırmasalıcı istifadə edin

Unutmayın ki, düzgün və sakit müdaxilə uşağın vəziyyətinin yüngülləşməsində əsas rol oynayır. Şübhəli hallarda isə vaxt itirmədən həkimə müraciət etmək ən doğru addımdır.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Yanvar 2026 04:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri