Icma.az
close
up
RU
Qadın və kişilərin ürək döyüntüləri niyə fərqlidir? Alimlər səbəbini tapıblar

Qadın və kişilərin ürək döyüntüləri niyə fərqlidir? Alimlər səbəbini tapıblar

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Ohayo Dövlət Universitetinin Vexner Tibb Mərkəzində aparılan yeni araşdırma, ürək ritmləri ilə bağlı illərdir davam edən sualın cavabını aydınlaşdırıb.
Araşdırmaya görə, qadın və kişi ürəklərindəki təbii kardiostimulyator – sinoatrial düyün (SAN) fərqli gen nümunələri ilə işləyir.
Qeyd edək ki, SAN hüceyrələri – yəni sinoatrial düyün hüceyrələri, insan ürəyindəki təbii kardiostimulyator hüceyrələridir. Bu hüceyrələr ürəkdə ilk elektrik siqnalını yaradır və onun döyünməsini başlayır. SAN hüceyrələri ürəyin yuxarı sağ qulaqcığında yerləşir. Onların yaratdığı siqnal əvvəlcə qulaqcıqları, sonra isə mədəcikləri hərəkətə gətirir və beləliklə, ürək döyünməsi baş verir. Bu hüceyrələr öz-özünə fəaliyyət göstərir, yəni beynin və sinir sisteminin siqnalına ehtiyac olmadan avtomatik impulslar yaradırlar. Bu xüsusiyyətinə görə, ürəyin "ritm ustası" da adlandırılırlar.
SAN hüceyrələrinin funksiyası pozularsa, ürək ritmi yavaşlaya və ya nizamsızlaşa bilər. Bu zaman süni kardiostimulyator cihazlarının istifadəsi lazım ola bilər. SAN hüceyrələri ürəyin döyünməsini başladan və ritmini tənzimləyən əsas hüceyrələrdir.
Alimlər müəyyən ediblər ki, qadınlarda ürəyin daha sürətli döyünməsinə səbəb olan TBX3 və HCN1 adlı genlərin aktivliyi daha yüksəkdir. Kişilərdə isə ürək ritmini pozan, iltihab və kollagenlə bağlı genlər daha aktiv işləyir. Bu da kişilərdə aritmiya (ürəyin qulaqcıqlarının (yuxarı boşluqlarının) nizamsız və çox sürətli döyünməsi) riskini artırır. Bu ritm pozğunluğu qan dövranını zəiflədə və insulta səbəb ola bilir.
Tədqiqatın nəticələri “Circulation: Arrhythmia and Electrophysiology” jurnalında dərc olunub. Alimlər hesab edir ki, bu tapıntılar ürək ritm pozğunluqlarının müalicəsində fərdi yanaşmanın inkişafına imkan verə bilər.
Araşdırma insan donor ürəklərində aparılıb və ürək döyüntülərini tənzimləyən SAN hüceyrələrinin gen fəaliyyəti təhlil olunub. Nəticədə cinsiyyətə görə aydın gen fərqləri ortaya çıxıb.
Mütəxəssislər bu nəticələrin gələcəkdə daha dəqiq və effektiv müalicə yollarına zəmin yaradacağını bildiriblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 May 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri