Dini ideoloji təfəkkürlə idarə edilən İran İslam Respublikasını Sovet İttifaqı ilə müqayisə etmək olmaz Video
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bu barədə Bizimyol.info xəbə portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, əvvəllər özü də bu mövzu haqda oxşar düşüncəyə sahib olub: “İndi mənim də düşüncələrim dəyişib. Səbəbi də budur ki, İslam Cümhuriyyətini heç bir hökümətlə, hətta Sovet İttifaqı ilə müqayisə etmək olmaz. İranda mövcud olan hökümət dini ideoloji təfəkkürə sahib hökümətdir. Hökümət sistemi dini bir vəzifə kimi görülür”.
Maşallah Rəzmi
“İranı 11 yerə bölüblər, 11 qərargah var və hər qərargahın özünün istiqaməti var. Hətta onlara imkan verilib ki, Tehrandan büdcə ayrılamasa da onlar özlərini idarə edə bilsinlər. Məsələn; Təbrizdə bu gün əhali Urmu dəryasının qurudulması ilə bağlı etiraz edir. Amma hökümətin ehtiyacı yoxdur ki, Tehrandan hərbi qüvvə göndərsin. Təbrizin özündə və Cənubi Azərbaycanda onların qüvvələri var. İllər boyu bu istiqamətdə təcrübə yığıblar, hər dəfə belə etirazlar olanda onu orada sakitləşdiriblər, etirazçıları aradan qaldırıblar. Bu qüvvələr keçmiş illərdə milləti əzməkdə və millətin qarşısında durmaqda məharət göstəriblər. Bu gün iş başında olan hər kəsin əli qana batıb. Qaçacaq yerləri yoxdur. Bilirlər ki, bu hökümət çöksə, hətta ümumi bir əfv də olsa bu millət onları rahat buraxmayacaq. Bu səbəbdən, onlar sona qədər dirənəcəklər”-deyən güneyli şərhçi Maşallah Rəzmi bildirib ki, İranın dağılması Yuqoslaviyaya bənzəyə bilər.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Noyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















