Icma.az
close
up
RU
Şübhəli məhsulla bağlı satış yeri, partiya nömrəsi, şəkil və mümkünsə, alış sənədi ilə AQTA ya müraciət edilməlidir

Şübhəli məhsulla bağlı satış yeri, partiya nömrəsi, şəkil və mümkünsə, alış sənədi ilə AQTA ya müraciət edilməlidir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İrandan gətirilən portağallarla Azərbaycan xalqını zəhərləyirmişlər. İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavərinin etirafına görə, su qıtlığı səbəbilə yetişməyən portağalların içinə kimyəvi boya və su vurularaq ixrac edilib. İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavəri etiraf edib ki, içərisinə kimyəvi rəng və su vurulan yetişməmiş portağallar Azərbaycana göndərilib. Hətta boyanın zəhərli olduğunu da açıqlayıb.İrandan gətirilən portağalların tərkibində insan sağlamlığına zərərli maddələrin olması ilə bağlı narahatlıq var. Bu məhsulların təhlükəsizliyi necə yoxlanılır və istehlakçılar nəyə diqqət etməlidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına qida eksperti Fərid Səfərov qeyd edib ki, idxal zamanı fitosanitariya sertifikatı, idxalçının sənədləri və məhsulun mənşəyi yoxlanılır: “Son vaxtlar həm sosial mediada, həm də rəsmi xəbər mənbələrində İrandan gələn portağallar barədə narahatlıqlar görünüb. İdxal zamanı məhsulla birlikdə göndərilən fitosanitariya sertifikatı, idxalçının sənədləri və məhsulun mənşəyi yoxlanılır. Risk varsa AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) əlavə nəzarət tələbləri qoya bilər. Pestisid və kimyəvi maddələrin aşkarlanmasında yüksək dəqiqlikli alətlərdən istifadə olunur, mikrobioloji analizlər üçün isə Azərbaycanda milli laboratoriya şəbəkəsi və referans laboratoriyalar var.

Rəsmi xəbərlərdə İrandan gətirilən portağallarda zərərli orqanizm və saxta sertifikat şübhələri ilə bağlı partiyaların məhv edilməsi haqda xəbər yayıldı. Bu tip hallar AQTA tərəfindən yoxlanılır və ictimaiyyətə açıqlanır”.

Fərid Səfərov

Fərid Səfərov istehlakçının məhsul alarkən bir çox qaydalara riayət etmələrini bildirib:

- Satıcının, markanın etibarlılığına diqqət edin. Mağaza və ya topdansatışçı rəsmi qeydiyyatdan keçmişdirsə, məhsula etibar daha yüksək olur (AQTA-nın təsdiq reyestrlərini yoxlamaq olar).

- Etiket və mənşə yerinə baxın. Məhsulun üzərində mənşə ölkə, idxalçı və partiya nömrəsi varsa, bu məlumatlar rəsmi nəzarət üçün vacibdir.

- Görünüş və qoxuya baxın - zədələnmiş, şübhəli meyvəni almayın. Çürük, ləkəli və ya qəribə qoxulu meyvədə mikrobioloji çatışmazlıq və ya saxtalaşdırma əlaməti ola bilər.

- Yuma, fırçalama, soyma- adi üsulla yuyub sürtmək bəzi səth qalıqlarını azalda bilir, amma yeni tədqiqatlar göstərir ki, bəzi pestisidlər qabığın altına keçə və ya qabığın içində qala bilər; qabığı soymaq daha çox qalıqları azaldır.

- Mümkün olduqda mövsümi və yerli məhsul alın. Yerli məhsulun mənşəyi və idarəetməsi daha asan yoxlanılır; eyni zamanda idxal partiyalarından yaranan birdəfəlik risklərdən yayınmaq olar.

- Orqanik sertifikatlı variantlar seçmək pestisid istifadəsini məhdudlaşdırır, amma “orqanik” yazısı olan hər məhsulun da sertifikatını soruşmaq faydalıdır.

- Xəbər və xəbərdarlıqlara diqqət edin. AQTA rəsmi veb və sosial media səhifələrində risk barədə məlumatlar paylaşıla bilər - şübhəli hallarda oraya baxın və lazım gəlsə satıcıyla əlaqə saxlayın.

- Şübhəli məhsul aşkar edərkən bildirin. Satış yeri, partiya nömrəsi, şəkil və mümkün olduqda alış sənədi ilə AQTA-ya müraciət edin - onlar yoxlama apara bilərlər.

Qida eksperti qeyd edib ki, əgər xüsusi kimyəvi maddələr barədə narahatlıq varsa, yerli, orqanik almaq daha təhlükəsiz seçimdir: “Pestisid növlərinə görə risk fərqlidir. Əgər siz və ya ailə üzvləriniz (xüsusilə hamiləlikdə, uşaq və ya xroniki xəstə olanlar) kimyəvi qalıqlardan narahatsınızsa, mənşəyi bilinməyən idxal məhsullarını məhdudlaşdırmaq, qabığını soymaq və ya yerli, orqanik almaq daha təhlükəsiz seçimdir”.

Sağlam qidalarla sağlıqlı ömür yaşayın!

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri