Icma.az
close
up
RU
“Qadın və uşaqlar öldürülür” Suriyada nə baş verir?

“Qadın və uşaqlar öldürülür” Suriyada nə baş verir?

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Suriya hökuməti və onun müttəfiq qrupları bir neçə gün ərzində ələvi dini azlığına mənsub 340-a yaxın dinc sakini, o cümlədən qadın və uşaqları öldürüb”.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, bunu Suriya İnsan Haqlarını Müşahidə Qrupunun rəhbəri Rami Əbdülrəhman deyib.
O bildirib ki, kütləvi qətllər Suriyada 13 ildir davam edən vətəndaş müharibəsində ən qəddar zorakılıq hadisəsidir.
Regional mənbələr ələvilər, onların kürd etnik azlıq tərəfdarları və hökumətyönlü qüvvələr arasında toqquşmaların olduğunu bildirir.
Suriyanın yeni hökumətinin nümayəndələri devrilmiş prezident Bəşər Əsədin tərəfdarları ilə mübarizə apardıqlarını bildiriblər. Əsədin özü də ələvi azlığına mənsubdur.
“Reuters” yazır ki, hökumət Əsəd tərəfdarlarına qarşı repressiyalarda “pozuntuları” etiraf edir və hökuməti dəstəkləyən və ya hərbi xaos şəraitində cinayət törətməyə cəhd edən nizamsız silahlı insanları günahlandırır.
“Sosial şəbəkələrdə münaqişə zonalarında mülki şəxslərin edam və işgəncələrə məruz qalmasını əks etdirən kadrlar yayılır. Şərhçilər bildirirlər ki, qurbanların əksəriyyəti xristianlar da daxil olmaqla dini azlıqlardır”, - nəşrin məlumatında deyilir.
“Əl-Cəzirə”nin məlumatına görə, hökumət günahkarları məsuliyyətə cəlb etməyə söz verib.
Telekanalın məlumatına görə, ən azı onlarla mülki şəxs və Bəşər Əsəd hökumətinin keçmiş üzvü Latakiyadakı Rusiya hərbi bazasına sığınıb.
Hərbi çevrələrə yaxın olan Rusiyanın “Telegram” kanalları hərbi bazada minlərlə qaçqın olduğunu bildirir, baxmayaraq ki, bu məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqini tapmayıb.
Rusiya hökuməti vəziyyəti şərh etmir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri