Qadına qarşı şiddət bizim qırmızı xəttimizdir Ali Yerlikaya
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, qadına qarşı şiddəti yalnız həmin qadına deyil, dövlətə, millətə, insanlığa və sivilizasiya dəyərlərinə qarşı hücum kimi qiymətləndirdiklərini bildirib.
Redaktor.az xəbər verir ki, sosial media hesabından paylaşım edən Yerlikaya, Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş, nazir müavinləri, Jandarma Baş Komandanı, Polis Baş İdarəsi rəhbərləri, müvafiq qurumların rəhbərləri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Qadına Qarşı Şiddətlə Mübarizə” toplantısı keçirdiklərini açıqlayıb.
Nazir Yerlikaya bildirib:
“Qadına qarşı şiddəti yalnız o qadına deyil, dövlətimizə, millətimizə, insanlığa və mədəniyyət dəyərlərimizə qarşı bir hücum kimi qiymətləndiririk. Tək bir qadının belə şiddətə məruz qalmasına əsla göz yummarıq. Bunu bağışlamarıq, qəbul etmərik. Qadına qarşı şiddət bizim üçün qırmızı xətdir".
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 May 2025 06:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















