Icma.az
close
up
RU
Qadını döyən 22 yaşlı oğlan həbs edildi

Qadını döyən 22 yaşlı oğlan həbs edildi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 22 yaşlı oğlan kafe işlədən qadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə  Xırdalan şəhəri, Köhnə Bazar adlanan ərazidə yerləşən kafedə baş verib. 
Ağsu rayon sakini, 2003-cü il təvəllüdlü Asim sərxoş vəziyyətdə ucadan kafedə nalayiq ifadələr işlədib. Kafeni işlədən Xumar (adlar şərtidir – red.) onun nalayiq hərəkətlərinin qarşısını alıb və kafedən çıxarandan bir neçə dəqiqə sonra yenidən kafeyə daxil olmaq istəyərkən qadın onu içəri buraxmayıb. 
Bu zaman nalayiq ifadələr işlətməsini davam etdirib, qadına qarşı zorakılıq edib və heç bir əsaslı səbəb olmadan insanların gözü yumruqla bir dəfə sifət nahiyəsindən vurub. 
Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xumarı təxminən bir ilə yaxındır tanıyır: “Mən əmimin Xırdalan şəhərində yerləşən evinə qonaq gələndə Xumarın kafesinə tez-tez gedib spirtli içki qəbul etmişəm. Buna görə də bir-birimizi qiyabi olaraq tanıyırıq. Hadisə günü, saat 12 radələrində həmin kafeyə gedərək yenə də spirtli içki qəbul etdim. 2-3 bakal pivə içdim. Xatırlamadığım səbəbdən kafedə söyüş söydüm. Buna görə də digər müştərilər irad bildirdilər. Nəticədə müştərilərlə aramda mübahisə oldu. Mübahisə zamanı tanımadığım müştəri ilə mübahisə etdim. Bu səbəbdən də Xumar məni kafedən çıxardı və bir daha kafeyə gəlməməyimi bildirdi. Təxminən 15-20 dəqiqə sonra yenidən kafeyə gəldim. Xumar kafenin qarşısında məni qarşıladı. Ondan kafeyə keçməyə icazə istəsəm də, icazə vermədi. Buna görə də əsəbləşdim və onun sifətinə bir dəfə yumruq zərbəsi vurdum. Daha sonra isə oradan getdim”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Asim 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, dərhal məhkəmə iclas zalından həbs edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri