Icma.az
close
up
RU
Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama KONKRET

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadının ölümünün təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, mərhumun baldızı Dilbər Abdullayeva Oxu.Az-a açıqlamasında bildirib ki, dünyasını dəyişən Pərvanə Abdullayeva mayın 12-də səhhətində problem olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

“Pərvanə USM-dən (ultrasəs müayinəsi) keçərkən məlum olub ki, kor bağırsağında iltihab var, cərraha müraciət etmək məsləhət görülüb. P.Abdullayeva xəstəxananın Səbinə adlı ginekoloquna müraciət edib. Səbinə həkim müayinə edəndən sonra Fərid adlı cərrahı çağırıb. Fərid ona təcili əməliyyat təklif edib. Pərvanənin üstündə pul olmadığı üçün əməliyyatdan imtina edib və evinə qayıdıb ki, evdən pul götürüb səhəri gün xəstəxanaya getsin. Axşam saatlarında Fərid həkim Pərvanənin oğluna dalbadal zəng edərək bildirib ki, anasını təcili əməliyyata gətirsin, pulu sonra verərlər. Fərid deyib ki, əgər gəlməsəniz, gecə kor bağırsaq partlayacaq və öləcək. Həkimin məqsədi o olub ki, Pərvanə səhəri gün xəstəxanaya gəlsə, həmin vaxt başqa cərrahın növbəsinə düşəcək və onun əli əməliyyat pulundan çıxacaq.

Həkimin təkidi ilə Pərvanə oğlu ilə birlikdə axşam saatlarında xəstəxanaya gəlib və dərhal əməliyyata götürülüb.

Pərvanənin əməliyyatı iki saatdan çox çəkdi. Mən də qohumlara zəng vurub hamını xəstəxanaya çağırmışam. Axşam saat 8-ə işləmiş Pərvanə əməliyyata götürülüb. 2 saatdan çox vaxt keçəndən sonra əməliyyat başa çatdı. Həkim gəlib mənə məlumat verdi ki, əməliyyat uğurlu keçib, kor bağırsaqdan başqa kista əməliyyatı da icra edib. Həkimə dedim ki, nə qədər xərci varsa, ödəyim. Fərid doktor dedi ki, əməliyyatda mənimlə yanaşı anestezioloq da iştirak edib, sabah gələrsiniz, onun da hörmətini edərsiniz, mənim də.

Razılaşdım, həkim çıxıb getdi. Böyük bacım Pərvanənin yanında qaldı. Gecə Pərvanənin vəziyyəti pisləşib, həkimi axtarıblar, tapa bilməyiblər. Pərvanədə kəskin baş ağrılar, daxili qanaxma başlayıb. Pərvanəni palatadan götürüb başqa yerə köçürüblər. Pərvanə gecə saatlarında daxili qanaxmadan dünyasını dəyişib, amma bizə deməyiblər.

Səhər saat 8-də xəstəxanaya gəldim ki, Pərvanə yoxdur. Anestezioloq Səadətdən Pərvanəni soruşdum, dedi ki, vəziyyəti pisləşdiyi üçün aparata qoşulub. Səadətdən soruşdum ki, xəstə necə aparata qoşulub ki, siz onun yanında deyilsiniz. Mənə dedi ki, guya növbə dəyişilib və o, xəstəni başqa həkimə təhvil verib. Həkimdən xəstəni görməyimi tələb edəndə o qaçdı, yoxa çıxdı. Neçə saat xəstəxanada Fərid və Səadəti axtardım, tapa bilmədim. Palataları bir-bir gəzirəm. Birdən sonuncu palatanın qapısını açdım ki, bəlkə həkim orada olar. Palatada arabanın üstündə üzü örtülmüş meyit gördüm. Yaxınlaşıb meyitin üzünü açanda gördüm ki, Pərvanə ölüb, üzünü bağlayıb, meyiti gizlədiblər. Nə qədər qışqırdımsa, heç kimi tapa bilmədim. Bizim xəstəni bilərəkdən öldürüb gizlədiblər, bizə isə deyirlər ki, guya aparata qoşulub.

Pərvanənin ölümünün səbəbi Fərid və Səadət həkimdir”.

Xatırladaq ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Pərvanə Alı qızı “kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı” diaqnozu ilə xəstəxanaya daxil olub və əməliyyatdan sonra orada ölüb.

***

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, pasiyentin ölümünün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirməyin mümkün olduğu bildirilib.

Qeyd olunub ki, mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.

Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.

Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.

***

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.

KONKRET.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Atakişili kənd sakini Pərvanə Alı qızı Abdullayeva Kürdəmir Mərkəzi xəstəxanasında appençiddən əməliyyat olunduqdan sonra halı pisləşib və dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və qadının meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri