Icma.az
close
up
RU
Qadının yeni həyatı onları qəzəbləndirir Ayrılıqdan sonra baş verənlər...

Qadının yeni həyatı onları qəzəbləndirir Ayrılıqdan sonra baş verənlər...

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Ayrılıq və ya boşanma həm fərd, həm də cəmiyyət üçün çətin adaptasiya dövrüdür. Lakin təcrübəmiz və apardığımız müşahidələr göstərir ki, bəzi hallarda bu proses sağlam emosional sonlanmadan çıxaraq təhlükəli patologiyaya – nəzarət və təqibə çevrilir. İllərlə məişət zorakılığına qarşı apardığımız mübarizə, AŞPA-nın “Stop Violence Against Women” kampaniyasının milli koordinatoru kimi həyata keçirdiyimiz layihələr və dövlət qurumları (DİN, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi) ilə apardığımız seminarlar bir həqiqəti açıq göstərdi ki, bu problem sadəcə fərdi xarakter daşımır, dərin sosial-psixoloji köklərə malikdir”.

Bunu “Yeni Sabah”a keçmiş deputat, psixoloq Gülər Əhmədova deyib. O bildirib ki, toksik xarakterə malik şəxslər partnyoru müstəqil insan kimi deyil, öz mülkiyyəti kimi qəbul edirlər:

“Birmənalı olaraq qeyd etməliyəm ki, burada heç vaxt sevgidən söhbət gedə bilməz. Söhbət yaralanmış eqodan, sahiblik instinktindən və nəzarət itkisindən gedir. Qərb psixologiyasında, o cümlədən tanınmış psixoterapevt Syuzan Forvardın əsərlərində qeyd olunduğu kimi, toksik xarakterə malik şəxslər partnyoru müstəqil insan kimi deyil, öz mülkiyyəti kimi qəbul edirlər. Qadının ayrılmaq və müstəqil qərar vermək hüququ onların daxili dünyasında “hakimiyyətə qarşı qiyam” kimi qəbul olunur. pizza

Təqib (stalking) və təhdid davranışları heç vaxt təsadüfi deyil. Dr. Ceyms Kantor və digər tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, bu davranışlar ölümcül risk daşıyan bir zəncirin halqalarıdır:

Zənglərin, mesajların intensivliyinin artması;

Qadının iş yerinə, evinə gəlmək, yaxınlarına təzyiq göstərmək;

Bütün məsuliyyəti qadının üzərinə yıxaraq öz hərəkətlərinə bəraət qazandırmağa çalışmaq.

Bunların hər biri real təhlükə xəbərdarlığıdır”.

Psixoloq qeyd edib ki, qadının boşanmadan sonra başqa həyat qurması bəzi kişilərdə kəskin aqressiya doğurur:

“Buna psixologiyada “narsistik qəzəb” deyilir. Fərd bunu öz hakimiyyətinin tamamilə süqutu kimi qiymətləndirir və aqressiyanı qadını cəzalandırmaq, yenidən nəzarəti ələ keçirmək üçün son vasitə kimi seçir.

Hüquq-mühafizə orqanları ilə iş təcrübəmiz və kriminoloq Cek Levinin qeyd etdiyi kimi, bu ifadələr əsla emosional sözlər və ya boş təhdid kimi qəbul edilməməlidir. Bir insan açıq şəkildə öldürməklə hədələyirsə, bu, onun şüuraltında həmin ssenarini artıq qəbul etdiyini və gələcək cinayətin psixoloji anonsunu verdiyini göstərir.

Milli Məclisdə Məişət zorakılığı ilə bağlı qanunun qəbul edilməsi prosesində yaxından iştirak etmiş, qadın polislərin sıralara qatılması və qurumlararası seminarlar keçirmiş biri olaraq bu gün “Sağlam Ruh” İnstitutunda da bu istiqamətdə praktiki addımlar atırıq”.

G.Əhmədova bildirib ki, burada narsistik şəxsiyyət pozuntusu, patoloji qısqanclıq və mülkiyyətçilik sindromu olan fərdlər üçün kognitiv-davranışçı terapiya proqramları həyata keçirilir:

“Sağlam Ruh” İnstitutunda Ayrılıqdan sonra təzyiqə məruz qalan qadınların daxili sərhədlərini bərpa etməsi, hüquqi-psixoloji reabilitasiyası üçün xüsusi dəstək qrupları və fərdi seanslar təşkil olunur.

Cəmiyyətdə “sevgi adına zorakılığa göz yummaq” stereotipini aradan qaldırmaq üçün mütəmadi olaraq ictimai müzakirələr və maarifləndirici layihələr həyata keçirilir”.

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri