Icma.az
close
up
RU
Qadınlar Forumunda səsləndirilən təkliflər yeni çağırışların həllində vacib rol oynayacaq

Qadınlar Forumunda səsləndirilən təkliflər yeni çağırışların həllində vacib rol oynayacaq

Icma.az, Modern.az saytına istinadən bildirir.

“ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi”  çərçivəsində Laçın şəhərində keçirilən ilk İƏT Qadınlar Forumu çox maraqlı müzakirələrlə, samballı təkliflərlə yadda qaldı. Qadınların insan inkişafının bütün sahələrdə imkanlarının artırılması, İƏT ölkələri arasında əməkdaşlığın təşviqi, dayanıqlı , inklüziv və davamlı cəmiyyətin formalaşmasında qadınların rolunun gücləndirilməsi Forumun əsas məqsədləri kimi diqqəti çəkir və belə beynəlxalq tədbirə ölkəmizin ev sahibliyi etməsi, həledici mövqeyi hər birimizi sevindirir. Hər şeydən öncə qeyd edək ki, ötən əsrin əvvəllərində müsəlman Şərqində demokratik cümhuriyyət yaradan və qadınlara seçki hüququ verən Azərbaycan təxminən 100 il sonra, özü də işğaldan azad olunmuş Laçın şəhərində qadının cəmiyyətdə və idarəçilik sistemində rolunun artırılmasına dair belə bir mötəbər forum keçirir. Doğrudan da, tariximizin ən şanlı dönəmini yaşamaq qürurvericidir. Dağların qoynunda salınmış hava limanına enmək, burda gedən quruculuq işlərinin şahidi olmaq, gözəl Laçının əsrarəngiz gözəlliyini müşahidə etmək başqa bir duyğudur. Bəşəri və milli dəyərlərin təcəssümü olan qadınlarımız xalqımızın taleyüklü məsələlərinin həllində hər zaman fəal rol oynayıb. Adlarını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, ölkənin mədəni, siyasi, hərbi məsələlərində də öz sözlərini deyirlər. İstər Xalq Cümhuriyyəti dövründə, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində qadınlarımız dövlər idarəçiliyində yüksək vəzifələrdə çalışıblar”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputat qeyd etdi ki, Laçındakı Qadınlar Forumunda müzakirəyə çıxarılan məsələlər həm Azərbaycan, həm də bütün dünya ölkələri üçün aktualdır: “Foruma 6 beynəlxalq təşkilatdan nümayəndələr, gənclər təşkilatları, akademik dairələr, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşların təmsilçiləri iştirak edirdilər. Qadınların bilik və bacarıqlarının önə çıxarılması, inklüzivliyin təmin olunması, iqlim dəyişikliklərinə qarşı dayanıqlıqda qadının rolu Forumda ətraflı müzakirə olundu.Vurğulandı ki, qadınların cəmiyyətin bütün sahələrində tam təmsilçiliyi olmadan davamlı inkişaf mümkün deyildir. İƏT üzv dövlətlərində qadınların iqtisadi, sosial və institusional inkişafda rolunu gücləndirməyi hədəfləyir. Forumda həmçinin innovativ siyasətlər və bilik mübadiləsi vasitəsilə rəqəmsal inklüzivliyin, İƏT ölkələrində qadınlar üçün təlim, texnologiya və maliyyə dəstəyi proqramlarının həyata keçirilməsinin təşviq edilməsinin vacibliyi qeyd edildi. Forum qlobal inkişaf təşəbbüslərinə uyğun olaraq, “COP29 İnsan İnkişafı üçün İqlimə Davamlılıq üzrə Bakı Təşəbbüsü" və “COP29 Çoxsektorlu Fəaliyyət Yolları” (MAP) üzrə Bəyanat kimi çərçivələrə əsaslanırdı.  Çünki qadınlar yalnız ailə və icma rifahında deyil, həm də insan inkişafının əsas sahələri - təhsil, sağlamlıq, yaşıl bacarıqlar, iş yerləri, uşaqlar və gənclər, həmçinin dayanıqlı şəhər inkişafı sahəsində mühüm rol oynayırlar. Forumda 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026-2030 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya biləcəyi fikri də səsləndirildi”.

 
Mehriban Vəliyevanın sözlərinə görə, ölkəmizdə qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir:

"Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın xalqın rifahı naminə gördüyü işlər, atdığı addımlar, ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının nə qədər fəal olduğunu göstərir.  Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər kəsə nümunədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkə daxilində abadlıq işlərinin aparılması, mədəni tədbirlərin keçirilməsi istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə qalxan qadınlarımız 44 günlük Vətən Müharibəsində də öz sözlərini dedilər, adlarını tarixə yazdılar. Azərbaycan xalqı tarixin bütün dönəmlərində qadına, qız övladlarına böyük dəyər verib. Hazırda biz bu dəyərlərimizi hər kəslə bölüşmək istəyirik”.

Deputat hesab edir ki, qadın problemlərinin həllində, onların cəmiyyətdəki rolunun artırılmasında yenə də təhsil birinci sıradadır:

“Hələ ötən əsrin əvvəllərində müsəlman şərqində ilk dünyəvi qız məktəbini yaratmış milyonçu və xeyriyyəçi Zeynəlabdin Tağıyev qadınların inkişafına yatırılan sərmayəni cəmiyyətin gələcək rifahına, inkişafına töhfə kimi dəyərləndirirdi. O bildirirdi ki, əgər bir oğlana təhsil verirsənsə, təhsilli bir fərd, bir qıza təhsil verirsənsə, təhsilli bir ailə əldə edirsən. Laçında keçirilən Forumda bir məlumat diqqətimizi xüsusilə cəlb etdi. Bildirildi ki, Azərbaycan Təhsil Fondu gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayrıb və bundan 350 qız yararlanıb. Azərbaycanda 1,6 milyon şagird var var. Ümumi təhsil səviyyəsində 62, universitet səviyyəsində 51,2 faiz qızlar təhsil alır. Peşə təhsili sahəsində də təhsilalanların 36 faiz qızdır. Elm və Təhsil Nazirliyi bu göstəricini 40 faiz həddinə qaldırmağı hədəfləyir. Son iki ildə 26 min qız Tələbə Kredit Fondundan kredit əldə edib”.
Mehriban Vəliyeva bildirdi ki, qadınların siyasi proseslərdə, idarəçilikdə iştirakı bir sıra problemlərin həllinə yol aça bilər:

“Müharibələr, münaqişələr, siyasi gərginliklər  qadınların barışdırıcı mövqeləri ilə, onların qərarların qəbulunda iştirakı ilə səngiyə bilər. Forumda müzakirə olunan digər aktual məsələ şəhərlərin salınmasında və idarəçiliyində qadınların rolunun artırılmasıdır. Azərbaycan yaxın vaxtlarda Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda şəhərlərin salınmasında qadınların da mövqeyinin, fikirlərinin nəzərə alınması vacibdir. Birinci vitse-prezident Mehriban Əliyevanın quruculuq sahəsində mövqeyini və xidmətini xüsusi olaraq qeyd etmək istərdim. Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin məscidlərin tikintisi və bərpasında rolu əvəzsizdir ”.

Mehriban Vəliyeva sonda onu da qeyd etdi ki, qadının sosial və siyasi idarəçilikdə iştirakı üçün onun iqtisadi müstəqilliyi, maliyyə qaynaqlarına rahat çıxışı təmin edilməlidir:

“Ətraf mühitin qoruyucuları, davamlılığın əsas dayağı olan qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması vacibdir. Dayanıqlı və inklüziv cəmiyyətlərin formalaşmasında, güclü ailə institutunun qurulmasında qadınların rolu artırılmalıdır. Çox müsbət haldır ki, hazırda Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modellər mövcuddur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri