Icma.az
close
up
RU
“Qadınlar həyatdakı boşluqları doldurmaq üçün şeir yazırlar” Elçin Hüseynbəyli

“Qadınlar həyatdakı boşluqları doldurmaq üçün şeir yazırlar” Elçin Hüseynbəyli

News24 saytına istinadən Icma.az xəbər verir.

Müasir dövrdə poeziyaya marağın artması, xüsusilə sosial şəbəkələr vasitəsilə ifadə forması kimi daha əlçatan və geniş yayılması müşahidə olunur. Cəmiyyətin müxtəlif təbəqələri  gənclərdən tutmuş, təqaüd yaşına çatmış şəxslərə qədər  daxili dünyasını şeir vasitəsilə paylaşmağa can atır. Bu məsələ bir tərəfdən ədəbiyyatın demokratikləşməsi və insanların öz fikirlərini sərbəst ifadə etməsi baxımından müsbət qiymətləndirilsə də, digər tərəfdən bu sahədə peşəkarlığın arxa plana keçdiyi ilə bağlı narahatlıqlar da yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yazıçı Elçin Hüseynbəyli poeziyaya olan bu kütləvi marağı və ədəbi sahəyə axını sərt şəkildə tənqid edib.

Yazıçı hesab edir ki, poeziya hər kəsin məşğul ola biləcəyi bir sahə deyil və burada istedadla yanaşı, zəngin mütaliə və peşəkar yanaşma mütləqdir:

“Elə bilirlər ki, şeir yazmaq hər kəsin işi ola bilər. Pensiyaya çıxan kimi şeir yazmağa başlayanlar var, deyirlər ki, Tanrı onlara istedad verib. Əsasən də qadınlar həyatdakı boşluqları doldurmaq üçün şeir yazmağa üstünlük verirlər”.

Elçin Hüseynbəylinin sözlərinə görə, poeziyanın mahiyyəti və gücü onun düşüncə dərinliyində, bədii zənginliyində və dil ustalığında gizlənir. Təəssüf ki, bu gün bir çox hallarda insanlar sadəcə emosional bir boşluğu doldurmaq, yaxud sosial mediada diqqət qazanmaq üçün şeir yazmağa başlayırlar.

Yazıçı qeyd edir ki, bu cür yanaşma poeziyanın cəmiyyət qarşısındakı əhəmiyyətli funksiyasını zəiflədir:

“Facebookda şeir paylaşır, digərləri də onu bəyənir, bu adam da özünü şair hesab edir. Bu, doğru yanaşma deyil”, - deyə yazıçı bildirib.

O, əlavə edib ki, şeir yazmaq üçün yalnız daxili hisslər kifayət etmir. Bu, eyni zamanda dərin düşüncə, ədəbi bilik və davamlı redaktə prosesi tələb edən ciddi bir sənətdir. Sosial şəbəkələrin yaratdığı “bəyənilmə” mədəniyyəti isə bir çox hallarda istedadsız, lakin diqqət axtaran insanların “şair” kimi tanınmasına gətirib çıxarır.

Bununla belə, yazıçı bu prosesin qarşısını almağın mümkün olmadığını da vurğulayıb:

“Bu, olub və olacaq. Qarşısını almaq real deyil.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 May 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri