Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Mənim tanıdığım Əlövsət Bəşirli Elçin Hüseynbəyli yazır

Mənim tanıdığım Əlövsət Bəşirli Elçin Hüseynbəyli yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Elçin HÜSEYNBƏYLİ

Qələm arxadaşım (yaş fərqimiz çox olsa da, dostuq) Əlövsət Bəşirlini 20 ildən çoxdur tanıyıram. Bu illər ərzində tez-tez görüşmüşük. Çünki bir-birimizi tanıyandan isinişmişik. Xarakterimizdə oxşarlıq olduğuna görədir, yəqin.

O, gənc yaşlarından tanıdığım, bilinən və görünən jurnalist, publisist, araşdırmaçı Aynur Bəşirlinin və dövlət görəvlisi Səməd Bəşirlinin atası, jurnalist İradə Vəkilovanın həyat yoldaşıdır...

Qəribə adamdır və onun bu qəribəliklərinin bir qismini yazıda qeyd edəcəyəm.

Ordan başlayaq ki, Əlövsət müəllim iki dəfə yubiley keçirir. Niyə? Çünki yaş kağızında anadan olduğu il 1939-u göstərir, əslində isə 1938-də anadan olub.

Əlövsət Bəşirli gözəl publisist, maraqlı yazıçıdır. Özü də həyat həqiqətlərini qələmə almağa üstünlük verir. Özü salyanlı olsa da, təhkiyəsi ümumazərbaycanlıdır. O, yaxşı həmsöhbət olmaqla yanaşı, dostcanlıdır, səxavətlidir. Bunu niyə dedim? İndi həyatda olmayan (Allah hamısına qəni-qəni rəhmət eləsin) Nahid Hacızadənin, İlyas Tapdığın, Oqtay Rzanın, Əlibala Hacızadənin ad günlərini xüsusi qeyd edərdi, hədiyyələrini də verərdi: "Bu, sənin qonaqlığın, bu da hədiyyən!" deyərdi.

Hər yeni il qabağı bizi başına yığar, bayramımızı qutlayardı. Keçmiş zamanda danışmağımın səbəbini özünüz biləcəksiniz.

Mən bu yazını əvvəllər də yaza bilərdim, sonra da. Amma indi əsl məqamıdır. Əlövsət Bəşirli bir müddətdir ki, xəstədir, hərəkətləri məhdud olduğuna görə çölə çıxmır. Hərdən zəngləşəndə gülə-gülə belə deyir: "Hüseynbəyli, düzdür, Namiqin yanına (Zeytunluqdakı "Göy-Göl" restoranını işlədəni nəzərdə tutur) gedə bilmirik, amma onu bura (yəni evə) gətirmək imkanı var". Təsadüfən yol keçəndə ona baş çəkdinsə, buraxmaz. "Kişi qapısına gəlmisən e, hara gedirsən!" Belə insandır Əlövsət müəllim. Az qala hər gün zəngləşirik, hal-əhval tuturuq.

Əlövsət Bəşirlinin həyat dosyesi zəngindir. O, vəzifəyə pillə-pillə, ierarxiyaya uyğun qalxıb. Qəribədir ki, orta məktəbə doqquz yaşında gedib, amma oranı qızıl medalla qurtarıb, ADU-nun jurnalistika fakültəsinə daxil olub, oranı da fərqlənmə diplomu ilə bitirib. Rayon qəzetlərində, radioda, televiziyada işləyib. Mədəniyyət Nazirliyinin nəşri olan "Mədəni maarif" dərgisində, Cəlilabad rayonunda çıxan "Taxılçı" (sonralar "Yeni gün") qəzetində baş redaktor işləyib, rayon Partiya Komitəsinin ikinci katibi, nəhayət MTN-nin nəşriyyat şöbəsinin müdiri olub. Polkovnikdir.

"Taxılçı"nın baş redaktoru olarkən rayonda tənqid etmədiyi məmur qalmayıb. "Dəryaz" rubrikası altında rüşvətxorları biçib töküb. Bu cəsarətinə görə o zamankı SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatını alıb. Əlövsət Bəşirlinin mükafatları bununla bitmir. O, dəfələrlə fəxri mükafatlara, medallara layiq görülüb. Azərbaycan Yazıçılar Bilriyi də onu bir neçə dəfə fəxri diplomlarla təltif edib. Amma əsas mükafatı övladlarıdır.

Əlövsət müəllim keçdiyi həyat yolu ilə fəxr edir. İki hadisəni isə kövrələrək xatırlayır: Səmədin heç 16 yaşı yox idi, Türkiyəyə oxumağa getdi, yaş kağızı ilə. Onunla gedənlərdən həm yaşına görə, həm də boyuna görə çox balacaydı. İndi, maşallah, özün görmüsən də... Təyyarə göyə qalxanda İradəylə (həyat yoldaşını nəzərdə tutur)  kövrəldik. Birdən müdrik bir adamın nəsihətini xatırladım: "Əlövsət, şükran ol! Oğluna heç nə olmaz. Allah səni bir dəfə sınağa çəkib, övladını əlindən alıb. Burax getsin. Böyük vəzifə adamı olacaq!" Toxdadım. Və o müdrik kişinin dediyi kimi də oldu!

Əlövsət müəllim bu sözləri əsl polkovnik kimi deyir: zabitəli və hökmlü, əllərini də yumruq kimi düyünləyir.

İkinci kövrək məqam anası ilə bağlıdır. "Partiya komitəsində ikinci katib işləyirdim. Bir dəfə işdən evə gələndə gördüm anam ağlayır. Səbəbini soruşdum, dedi ki, iş yoldaşların gəlmişdilər, səndən çox razılıq etdilər "Nə yaxşı belə oğul böyütmüsən, hamımıza əl tutur, qayğımıza qalır, - dedilər".

O, rayon qəzetində baş redaktor olanda, Partiya Komitəsində İkinci katib işləyəndə qonaq-qarası bol olub. Özü də ən çox Bakıdan gedən qələm adamları. Bunu indi həyatda olanlar da, olmayanlar da tez-tez etiraf edirlər, ediblər.

Əlövsət müəllim övladları ilə, dostları ilə həmişə fəxr edib, onlar haqqında ürək dolusu danışıb, danışır da. Amma rəhmətlik anası Zinyətlə daha çox fəxr edir. "Atam müharibədə qaldı, qara kağızı gəldi. Anam o zaman çox cavan idi, bir üzü qız, bir üzü gəlin. Ərləri müharibədə qalan qadınların  əksəriyyəti yenidən ailə qurdu. Mənim anamdan başqa. "Mənim ərim budur" deyə məni göstərirdi.

Əlövsət Bəşirli haqqında çox yazmaq olar. Məncə, ən yaxşı məqaləni qızı, həmkarım Aynur Bəşirli yazıb. "Mən atamı necə sevdim" məqaləsində o, qocaman yazıçımızın portretini dəqiqliklə cıza bilib. Bir dəfə Xalq yazıçısı Anara "Atanızdan niyə çox yazırsınız?" sualına ustadımız belə cavab verib: "Çünki onu məndən yaxşı tanıyan yoxdur". 

Mən yazıçı-publisist arxadaşımın bir neçə maraqlı əsərlini xatırlayıram, öz keçmişilə bağlı yazdığı "Ömür yolu" xatirə-povestinin isə redaktoru olmuşam. "Ulduz"un baş redaktoru olanda bir neçə hekayəsini, o cümlədən də "Zirvədən zülmətə" povestini  jurnalımızda çap etmişik.

Özü də yorulmaq bilmədən yazır. Hətta bu xəstə vaxtında belə yazı-pozudan, mütaliədən qalmır.

Son illərdə "Azərbaycan", "Ulduz", "Yada düşdü" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə, "Kaspi", "Ədalət" və "525-ci qəzet"də povest, hekayə, esse, publisistik məqalə və xatirələri ("Adamsız adam", "İblis xisləti", "İnsan kimi", "Qürub çağı", "Üfüqdə qaralan dağlar", "İnam", "Yalqız", "Gecə yarısı döyülən qapılar", "Kürün sahilləri, ömrün dolayları") çap olunub. "Qəsd" romanı onun ən irihəcmli əsəridir.

Mən 86 (87) yaşını keçmiş qocaman yazıçımıza Tanrıdan şəfa diləyir, tezliklə sıramıza qayıtmağını arzulayıram...

Oktyabr, 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri