Icma.az
close
up
RU
Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Tarixi bəzəyən qadınlar

Tarixdə elə bir cəmiyyət mövcud olmamışdır ki, orada qadınlar öz ləyaqətləri və cəsarətləri ilə heyranlıq, qürur mənbəyinə çevrilməsinlər. Salnamələrdə  onların zəhməti, qabiliyyəti az xatırlansa da, qadınlar tarixi inkişafa öz töhfələrini vermişlər. Onlar müxtəlif rollarda çıxış etsələr də, mühüm hadisələrdə ən azı orkestrdəki birinci skripka rolunu oynamışlar. Qadınlar arasında Misir faraonuna, Massaget çariçasına,  Çin imperatriçəsinə, Fransa milli qəhrəmanına, Amerikanın kəşfinə yol açan ispan kraliçasına, Rusiya imperiyasını xeyli böyütmüş çariçaya, İngiltərəyə sənayenin və mədəniyyətin inkişafı dövrünü bəxş etmiş kraliçaya rast gəlmək mümkündür. Onlar taxt-tac sahibi, hərbi lider kimi şöhrət tapmış tarixi şəxsiyyətlərdən bəhs edən  kitabların səhifələrinə daxil olmağı da bacarmışlar.

Lakin qadınlar arasında elm və incəsənət sahəsində məşhurlaşanlar da heç də az deyildir.  Təkcə XX əsrin əvvəlində fizika və kimya elmləri sahəsində fərqlənməklə, iki dəfə Nobel mükafatına layiq görülən Mariya Küri-Skladovskayanı və onun davamçısı olan qızı, Nobel mükafatı laureatı İren Kürini misal göstərmək kifayətdir. Həmin əsrdə böyük şöhrətə çatmış kino ulduzları sayılan aktrisalar da öz istedadları hesabına milyonlarla ürəkləri fəth etmişlər. İngilis Viviyen Li, Niderland mənşəli Odri Höpbern, hindistanlı Nərgiz, amerikan Elizabet Teylor, italyan Sofi Loren yaratdıqları obrazlar vasitəsi ilə taxt-tac sahiblərindən daha böyük şöhrətə yiyələnmişdilər. Onların milli mənsubluğunu göstərmək də bəlkə düzgün deyildir, çünki onlar ekranlardan həyata addımlamaqla, bütün dünyadakı sarsız-hesabsız pərəstişkarlarının qəlbinə yol tapa bilmiş, onlara insan taleyinin çətinliklərindən söhbət açmaqla, üzləşdikləri problemlərə tabe olmamaq dərsi keçmişlər. Viviyen Linin ekranda yaratdığı gənc qız Amerikada Vətəndaş müharibəsinə qədər Cənubun bir ştatında şən, qayğısız həyat sürmüş, sonra sərt küləyin xoş olan nə varsa hamısını sovurduğuna bənzəyən çox sayda bədbəxtliklərlə üzləşsə də, təslim olmamış, torpağa bağlılığı onun ruhunun canlanmasına səbəb olmuşdu. Odri Höpbern bəlkə də həyatda mövcud olmayan şahzadə obrazında, gənc qızın qısa müddətdə Romada kanikulunu keçirdiyi vaxt az qala platonik xarakter daşıyan məhəbbət hisslərinə baş vurmasını, Nərgiz varlı atalığının himayəsində böyüsə də, toxunulmazlar sayılan və cəmiyyətin iyrənc münasibət bəslədiyi təbəqənin nümayəndəsinə, onlar həm də Hindistanda avara adlanırlar, vurulmaqla, onu böyüdən insana qarşı ittihamla çıxış etməsi ilə, Elizabet Teylor sonuncu Misir çariçasının obrazında vətəninə və məhəbbətinə özünü qurban verməsini təsvir etməklə, Sofi Loren məhəbbət naminə övladını qətlə yetirən ana obrazında, sevgilisinə bəslədiyi hisslərin daha qüvvətli olmasını göstərməklə, bütöv nəsillərə insan həyatının müxtəlif, bəzən gizli qalan cəhətlərini açıb göstərə bilmiş, öz istedadları ilə XX əsr tamaşaçısının dünyasını fəth etməyi bacarmışdılar. Hansı taxt-tac sahibi öz ölkəsinin sərhədlərindən kənara çıxıb, bütün dünyanı, əksər bəşəriyyəti heyran etməyi bacarmışdır. Bu kino ulduzları isə öz ecazkar sənətləri ilə əsl qloballaşma əhval-ruhiyyəsi yaymış, onlara tanış olmayan xalqlara məxsus insanların da könlünə yol tapa bilmişdilər. Qadın aktrisaları öz istedadları ilə əslində fərqli bir sivilizasiya meydana gətirmişlər, bu sivilizasiya başqa inkişaf cəhətləri ilə öyünə bilməsə də, onun zərif və məhəbbət aşılayan nümayəndələri başqalarına xas olmayan qaydada qeyri-adi bir sərkərdəlik, əsl döyüşçülük qabiliyyəti göstərməklə, heç bir silahın gücü çatmadığına nail olaraq, könülləri xoş məramla işğal etməyi bacarmışlar.

Onlardan bəziləri heç də gözəllikdə Titsianın "Urbinalı Venerasına" bənzəmirlər, lakin öz sənət ecazkarlıqları ilə gözəllik simvoluna çevrilmiş, məhəbbətə əsl himn bəstələmişlər. XX əsrin 1940-cı illəri ərəfəsindən meydana gələn görkəmli kino əsərləri, onların da parlaq istedadları hesabına dahi yazıçıların və şairlərin yaratdıqları incilərlə müqayisə edilmək səviyyəsindədir. Bu kino aktrisaları nə ərazilər tutmuş, nə şəhərlər işğal etmiş, nə xalqları köləliyə salmağa cəhd etmişlər. Lakin onlar heç bir qalib sərkərdənin bacarmadığını həyata keçirə bilmiş, az qala bütün sivilizasiyalanmış dünyada yaşayan milyardlara insan könüllərini heç də müharibə dağıntılarına məruz qoymamış, əksinə, onları dərin hisslər zəminində və notlarında sazlamağı bacarmışdılar. Mövcud bəzi nadir istisnalarla yanaşı, onların heç birinə heykəl qoyulmamışdır, axı onların buna ehtiyacları da yoxdur, çünki öz ecazkar vurğunluq mənbəyi sayılan sənətləri ilə özlərini canlı abidəyə çevirməyi bacarmışdılar. Ona görə də tarixdə şöhrət tapmış görkəmli qadınlarla birlikdə, onları da ehtiramla yad etmək, insan qəlbi adlanan labirintdə öz sənətləri ilə Ariadna sapı rolunu oynamaqla, könül ziddiyyətlərindən xilas yolu göstərdiklərinə görə bu canlı mələklərə nəinki baş əymək, hətta təzim etmək lazımdır. Onlar insanlığa böyük xidmətlərinə görə nəciblik simvollarına çevrilmişlər və əvvəlki iki-üç nəsilin sevgisi miqyasında, bəşəriyyətin gələcək davamı tərəfindən də, onlara öz böyük duyğu töhfələrinin qiyməti kimi layiq olduqları hörmət və məhəbbət bəslənməlidir.

Hatsepşut - Misirin qadın faraonu

Hatsepşut qadın faraon olmaqla, b.e.ə. 1525-ci ildən 1503-cü il kimi taxt-tac sahibi tək Qədim Misirin Yeni çarlığında XIII sülaləyə məxsus olmuşdur. Onun adı "nəcib qadınların qabaqda gedəni" mənasanı verirdi. Taxt-taca çıxanda  adını dəyişdirməmişdi, lakin mənbələr onu Maatkara kimi qələmə verir. O, həmçinin "Çarın böyük arvadı" və "Allah Ammonun xanımı" titullarını daşıyırdı.

Hatsepşut taxt-taca b.e.ə. 1525-ci ildə çıxmışdı. Onun nəsil şəcərəsi saf idi, çarın qızı, bacısı və arvadı olmuşdu. Dini anlayışda Hatsepşut tam hüquqla "Allah Ammonun arvadı" adlana bilərdi.

Hatsepşut, iki yaşında olarkən taxt-taca çıxmış II Tutmosla sonralar birgə hökmranlıq etmişdi. O, III Tutmosun atası olan II Tutmosun əsas arvadı idi. Baxmayaraq ki, Tutmos adı bizə daha çox faraon Exnatonun arvadı Nefertitinin gözəl portretini yaratmış heykəltaraşa görə tanış idi.

Misirşünaslar Hatsepşutu ən uğurlu qadın faraonlardan biri hesab edirlər. Bir ingilis tarixçisi hətta onu "bizə məlum olan tarixdə ilk böyük qadın" adlandırmışdı.

Faktiki olaraq, o, azyaşlı uşaq olan II Tutmosu hakimiyyətdən kənarlaşdırıb, özünü faraon elan etdi. Hiksosların öz ölkəsinə basqınından sonra o, Misirin bərpası işlərini yekunlaşdıra bildi. Bütün ölkədə çoxlu abidələr yaratdı. Ona görə də o, II Ramses və VI Kleopatra kimi ən məşhur hökmdar sayılır.

Hatsepşut faraon I Tutmosun birinci arvadından olan yeganə övladı idi. II Tutmos isə I Tutmosun ikinci arvadından olan oğlu idi. II Tutmosun Nifura adlı bir qızı doğulmuşdu, sonralar onun uşağı olmamışdı. III Tutmos isə II Tutmosun ikinci arvadından olan oğlu olmaqla, ölən Hatsepşutu taxt-tacda əvəz etdi.

Hatsepşut 22 il ərzində hökmranlıq etmişdi. Bu dövr b.e.ə. 1525-1503-cü illər kimi, bəzən isə 1504-1482-ci illər kimi göstərilir. Atası öləndən sonra Hatsepşut, qəddar və zəif hökmdar olan, cəmi dörd il ərzində hökmranlıq etmiş öz qardaşı, II Tutmosa ərə getmişdi. Beləliklə, çar sülaləsinin vərəsəliyi saxlanmışdı. Çünki qadın təmiz çar qanına malik idi. Faraon olmamışdan əvvəl də, atasının və ərinin hakimiyyətləri dövründə xeyli təsir gücünə yiyələnərək, o, real hakimiyyəti öz əlində cəmləşdirməyi bacarmışdı. Az yaşlı faraon hakimiyyətdən kənarlaşdırıldıqda, Hatsepşut taxt-taca sahib olmuşdu. Onu bu vaxt təhsil görmüş kahinlər və kübarlar müdafiə etmişdilər. Məşuqunun da bu işdə fəal iştirakı heç də az rol oynamamışdı.

Taxt-taca çıxması ilə Hatsepşut faraon adlanmaqla, Ammon-Ranın qızı kimi qəbul olunmuşdu. Belə rəvayət uydurulmuşdu ki, guya Göylərdən enən Ammon onun anası ilə fiziki yaxınlıq etmiş və hələ atasının sağlığında bu əlaqədən Misir taxt-tacının varisi kimi seçilən Hatsepşut doğulmuşdu. Onun ilahi mənşəyi barədəki rəvayət, rəsmi təbliğatda Hatsepşutun taxt-tacda olmasına haqq qazandırmaq üçün geniş istifadə olunmuşdu.

Farpaon titulunu qəbul edən Hatsepşut heykəltaraşlıq portretlərində başını papaqla örtmüş qaydada və süni qoyulan saqqalda təsvir edilirdi. Lakin o, qadın olmasından nəinki imtina etmişdi, hətta özünü qadınların ən gözəli hesab edirdi. Buna görə də çar titulu kimi kişilərə məxsus "Qüdrətli öküz" adından imtina etmişdi. Axı Misirdə faraon, allah Xorun təcəssümü sayıldığından, yalnız kişi cinsindən olmalı idi.

Hatsepşutun hakimiyyəti Misirin görünməmiş çiçəklənməsi və yüksəlməsi ilə əlamətdar oldu. Bütün fəaliyyət sahələri ilə yanaşı, o, hər şeydən əvvəl qurucu faraon idi. O, atasından qalmış kompleksin mərkəzindəki Karnak məbədində çoxlu yeni tikintilər inşa etmişdi. Burada "Qırmızı müqəddəs məkan" abidəsi ucaldıldı. Tikinti qırmızı və qara qranitdən hörülmüşdü. Karnakda həm də çariçanın göstərişi ilə dörd nəhəng obelisk ucaldılmışdı. Onlardan biri, piramidalar istisna olunmaqla, Misirdəki bütün tikililərdən daha hündür idi.

Hatsepşutun ən məşhur arxitektura abidəsi Deyr-əl-Bəxridəki məbəddir. Onun tikintisi doqquz il çəkmişdi. Deyr-əl-Bəxridəki məbədin üzərindəki unikal relyeflər böyük ustalıqla işlənmişdi.

Hatsepşut tikinti-abadlıq işlərinə xüsusi diqqət verirdi, təkcə Fivada deyil, bütün ölkə ərazisimdə inqilab xarakterli fəal işlər aparmışdı. Onun hakimiyyəti dövründə Misir iqtisadi cəhətdən də inkişaf etmişdi. O, beş gəmidən ibarət donanma ilə Punt ölkəsinə (indiki Somali yarımadasına) yürüş etmişdi, bu ölkə mirra ağacının əsas ixracçısı idi. Buradan həm də qara ağac və buxur idxal edilirdi. O, həmçinin Nubiya səhrasına da yürüş etmiş, Sinay yarımadasına və Finikiya sahillərinə nəzarət etmişdi.

Hatsepşut hakimiyyətinin 22-ci ilində vəfat etmişdi. Güman edilir ki, o, qoca yaşına çatmadan həyatdan getdiyinə görə, zorakı ölüm hadisəsi də baş verə bilərdi. Lakin onun ölümünün səbəbinin kosmetik vasitə kimi istifadə etdiyi maddədə xərçəng xəstəliyi əmələ gətirən inqrediyentin olması da mümkün bir variant kimi qəbul edilir.

Uzun müddət Hatsepşutun qeyri-adi faraon olması, elm aləminə məlum deyildi. Lakin aparılan tədqiqatlar onun həyat yolunu öyrənməyə kömək etdi və onun şəxsiyyətinə böyük maraq yarandı. Hətta güman edilir ki, Bibliyada təsvir olunan tək, Moiseyi körpə vaxtı çayda üzən səbətdən tutub çıxaran və həmin uşağı tərbiyə edən Misir hökmdarı da, məhz Hatsepşut olmuşdur. Beləliklə, bu qadın faraon, yəhudilərə Moisey kimi bir peyğəmbər bəxş etmişdi.

Marağın böyüməsi nəticəsində Qərbdə Hatsepşut obrazı ağıllı və böyük fəaliyyət sahibi olan bir hökmdar kimi qəbul edilməklə, ondan populyar mədəniyyət elementi kimi istifadə edilməyə başlanmışdı.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see323

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see214

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see167

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see146

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see126

Almaniya Rusiya ilə hər an müharibə riski barədə xəbərdarlıq etdi

14 Oktyabr 2025 08:27see124

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri