Icma.az
close
up
RU
Qadınlar özlərini nə üçün teztez yorğun hiss edirlər?

Qadınlar özlərini nə üçün teztez yorğun hiss edirlər?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox qadınlar tez-tez yorğunluqdan şikayət edir. Bəzən yorğunluq səbəbsiz olaraq meydana çıxır. Qadın fikir verir ki, çox işləməsə də özünü daim yorğun və halsız hiss edir.

Belə "səbəbsiz" yorğunluğun real səbəbləri bunlardır:

- Suyun az miqdarda qəbulu. Bir çox qadınlar su içməyi sadəcə unudur. Qadın gün ərzində az miqdarda su içərsə, bu yorğunluğa və baş ağrılarına səbəb ola bilər. Həkimlərin fikirinə görə sağlam insan gün ərzində 8 stəkan su içməlidir. Hava çox istidirsə və ya qadın idmanla məşğul olub və çox tərləyibsə, daha çox su içmək lazımdır. Həkimlər sidiyin rənginə fikir verməyi tövsiyə edir - sidik açıq sarı rəngdə olmalıdır. Sidiyin rəngi tünddürsə, orqanizmdə susuzlaşma inkişaf edir.

- Orqanizmdə B12 vitaminin çatışmamazlığı. Bu vitamin orqanizmin qanyaratma funksiyasında iştirak edir. B12 vitamin çatışmamazlığı nəticəsində orqanizmdə daha az qırmızı qan hüceyrələri yaranır ki, nəticədə beyin oksigen çatışmamazlığından əziyyət çəkir. Oksigen çatışmamazlığı zamanı insan səbəbsiz yorğunluq hiss edir, daim yuxulu olur, ayaqlarında keyimə hiss edir. B12 vitaminlə zəngin olan  qidaları qəbul edin - ət, balıq, dəniz məhsulları, yumurta sarısı, süd məhsulları. Lazım olduqda həkim sizə B12 preparatlarının qəbulunu təyin edə bilər.   

- Güclü xroniki stress yorğunluğa səbəb ola bilər.

- Qizli inkişaf edən ürək-damar sistemi xəstəliyi də xroniki yorğunluğa səbəb ola bilər. Əgər çox tez yorulursunuzsa, kardioloqun müayinəsindən keçin.

- Qadınlarda tez-tez dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edir. Belə anemiya da xroniki yorğunluğa səbəb ola bilər. Həkimə müraciət edin, lazım olan analizləri verin.

- Fizki aktivliyin az olması və ya əksinə həddindən artıq çox olması xroniki yorğunluğa səbəb ola bilər. Burada müəyyən balans saxlamaq lazımdır.

- Arıqlamaq üçün müxtəlif pəhrizlərdən süi-istifadə edən, yaxşı qidalanmayan qadınların orqanizmində bir çox vitamin və mineralların defisiti yaranır ki, nəticədə qadın tez-tez yorğunluq və zəiflik hiss edir.

- Sidik ifrazı sistemi iltihabları, qalxanvari vəzinin fəaliyyətində olan pozulmalar, qara ciyər xəstəlikləri, bədxassəli şişlər səbəbsiz yorğunluğa gətirib çıxara bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri