Icma.az
close
up
RU
Estetik əməliyyatlara artan tələbin psixoloji səbəbləri: Bu qadınlar özlərini əskik hiss edirlər...

Estetik əməliyyatlara artan tələbin psixoloji səbəbləri: Bu qadınlar özlərini əskik hiss edirlər...

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Estetik əməliyyatlar son illərdə cəmiyyətimizdə geniş yayılıb. İnsanlar zahiri görünüşlərini dəyişdirmək və  ideal bədənə çatmaq üçün bu prosedurlara müraciət edirlər. Bəs bunun arxasında duran əsas səbəblər nədir? Güzgüdə daha çox özlərini bəyənmək istəyi, sosial medianın təsiri, yoxsa cəmiyyətin gözləntilərinə uyğunlaşmaq arzusu? 

Bu məsələ ilə bağlı Psixoloq Nizami Oruco Sitat.info-ya danışıb.

Onun sözlərinə görə, bunun başlıca səbəbi hazırki gözəllik standartlarıdır: "Yəni, hazırda elə bil standart formalaşıb ki, ona uyğunlaşmayan qadınlar özlərini əskik hiss edirlər.

"İnsanların bir - birini bəyənməsi artıq birbaşa görünüşün ideallığına, mükəmməlliyinə əsaslanmağa başlayıb. Normal və təbii görünüş qeyri- adi qarşılanır və estetik əməliyyat etməyən insanlar “yadplanetli” kimi qarşılanırlar. İnsanlar insanlıqdan çıxacaq qədər prosedur etdirir. Edilən hər prosedur nəticəsində də daim tamamlanma istəyi, daha da mükəmməlləşmə istəyi, bunların nəticəsində də tətmin olmama kimi özü ilə zəncirvari istəkləri gətirir. Və bu insanlarda maddi-mənəvi problemlərə gətirib çıxarır". 

Psixoloq Mirsadiq Muxtarov isə Sitat.info-ya açıqlamasında sosial media və reklamlar vasitəsilə gözəllik standartlarının kəskin şəkildə cəmiyyətə çatdırıldığını və bunun insanların komplekslər formalaşdırdığını düşünür: 

"İnsanların görünüşlərinin gözlədikləri kimi olmaması, onların özünə inamını azalda bilir. Estetik əməliyyatlar bəzən bu inamsızlıqları aradan qaldırmaq üçün bir yol kimi görülür. Digər aspektdən nəzər yetirsək cəmiyyətin gözəllik anlayışı, insanların sosial statusuna təsir edə bilir. Gözəl görünmək, bəzən iş həyatında və sosial mühitdə daha çox qəbul edilməyə səbəb olur. Bu, insanların daha yaxşı iş imkanlarına və sosial əlaqələrə sahib olmalarını təmin edə bilir"

Ekspert, qadınlardan əlavə kişilərin də bu prosedurlara ehtiyac duyduğunu, estetik əməliyyatlara müraciət etdiyini  vurğuladı:

"Cəmiyyətin gözəllik standartları dəyişdiyi üçün kişilərin estetik görünüşə olan tələbləri də artır. Hazırda kişilər üçün estetik əməliyyatlar daha az stigmatizasiya olunmağa başlayıb. Cəmiyyətin bu əməliyyatlara olan münasibəti müsbət yöndə dəyişir və bugünki gündə kişilər öz arzularını reallaşdırmaqdan çəkinmir. Sosial media və məşhurların təsiri ilə kişilərin əksəriyyəti öz görünüşlərinə daha çox diqqət yetirir, bununla özlərinə olan inamlarını artırmaq istəyirlər. Gözəl və cəlbedici görünmək, onların sosial və peşəkar həyatda daha uğurlu olmalarına kömək edə bilir".

Psixoloq bunun bir səbəbi kimi emosional əksiklik olmasını qeyd etdi. Onun sözlərinə görə, insanlar bunun vasitəsi ilə özlərini daha yaxşı hiss edir, problemlərinin həll olduğunu düşünür: "Bəzi insanlar, fiziki dəyişikliyin onların emosional sağlamlıqlarını daha da yaxşılaşdıracağına inanır. Estetik əməliyyatlara artan tələbat, yalnız fiziki görünüşlə bağlı deyil, eyni zamanda sosial, emosional və psixoloji amillərlə sıx bağlıdır. Estetik əməliyyat istəyi insanların özlərini olduğu kimi qəbul etməməsi, müasir cəmiyyətin gözəllik standartları, özünə inam problemləri və sosial qəbul istəyi ilə bağlı ola bilir". 

Psixoloq Almara Məlikova isə vurğulayıb ki, plastik cərrahiyəyə olan meylin səbəbi qadınlarda sevgi və diqqət çatışmazlığıdır: "Onlar "gözəl" olduqdan sonra bunu əldə edə biləcəyi düşünürlər. Özünə inamın aşağı olması, uşaqlıqda yaşanan tənqidlər və travmalar plastik cərrahiyə meylin psixoloji əsaslarıdır. Bəzi qadınlar özlərinə sevgi və diqqət çatışmazlığı hiss edir, bu da bədənlərində dəyişiklik etmə ehtiyacını artırır. Sosial və ailəvi təzyiqlər də bu qərarı təsir edən mühüm amillərdəndir"

Psixoloqun sözlərinə görə,  əksər hallarda qadınlar həm görünüşlərini yaxşılaşdırmaq, həm də daxili rahatlıq əldə etmək məqsədilə plastik əməliyyatlara müraciət edirlər.


Türkanə Muradlı
Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri