Icma.az
close
up
RU
Qadınlar rahat həyat arzusunda olduqları üçün boşanmaq istəyirlər Lalə Mehralı

Qadınlar rahat həyat arzusunda olduqları üçün boşanmaq istəyirlər Lalə Mehralı

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Deputat Razi Nurullayev ötən gün İnsan hüquqları üzrə Müvəkkilinin 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qeyd edib ki, "bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir".

Qeyd edək ki, millət vəkilinin bu fikri müzakirələrə səbəb olub.

Bəs son zamanlar artan boşanma hallarının səbəbkarı doğrudanmı qadınlardır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, qadınlar rahat həyat arzusunda olduqları üçün boşanmaq istəyirlər.

"Onların beynini feminizm düşüncələri ilə yuyublar. Elə düşünürlər ki, boşanandan sonra həyat çox gözəl olacaq. Bəzi qadınlar isə ölməmək, həyatlarını sığortalamaq üçün boşanmaq məcburiyyətində qalırlar. Bu halda boşanma yeganə xilas yoludur. Sərbəst qalmaq üçün boşanmaq fikrini bütün qadınlara şamil etmək lazım deyil. Bəzən qadınların boşanmaqdan başqa çarəsi qalmadığı üçün boşanırlar. Bəzən isə qadınlar heç bir səbəb olmadan boşana bilirlər. Bu kimi hallar bu gün cəmiyyətimizdə var. Ən böyük problem odur ki, qadınlar azadlıqla başıpozuqluq arasında get-gəl edirlər. Əslində azadlığın nə olduğunu anlamayan, azadlığın başıpozuqluq olduğunu düşünən insanların sayı cəmiyyətdə artıb", - deyə o qeyd etdi.

Sosioloqun sözlərinə görə, insanlara “azad qadın”, “qadın azadlığı” deyərək bizim cəmiyyətə xas olan ənənəvi ailə modelini dağıdıblar:

"Möhkəm ailəsi olan cəmiyyət, möhkəm ailələrin üzərində təşəkkül tapmış dövlət hər zaman sarsılmaz dövlət kimi qəbul olunur. Bir dövləti parçalamağa onun təməlindəki möhkəm ailələri dağıtmaqla başlayırlar. Əgər ailələrin təməli möhkəmdirsə, bu o deməkdir ki, cəmiyyətin təməli möhkəmdir. Cəmiyyət möhkəmdirsə, dövlət o möhkəm cəmiyyətin üzərində təşəkkül tapır. Bu səbəbdən ailələrin boşanma vəziyyətini elə-belə hal kimi qəbul etmək lazım deyil. Ailələrin boşanması bir dövlətin, cəmiyyətin təhlükədə olması deməkdir".

L.Mehralı bildirdi ki, Razi Nurullayevin demək istədiklərini insanlar düzgün başa düşməyib.

"Qınaq rəyləri çoxdur. Razi bəy sadəcə boşanmada qadınların daha aktiv olduğunu demək istəyir. Bu isə yalan deyil. İstənilən vəkildən bu haqda rəy soruşsaq, həmin vəkil eyni şeyləri deyəcək. Boşanma məsələlərində daha çox qadınlar maraqlıdır. Təbii ki, bir çox hallarda uşaqların ixtiyarı qadınlara verilir. Buna görə ata tərəfindən aliment verilir. Aliment miqdarı bəzi hallarda arta və ya azala bilər. Bununla bağlı da narahatlıqlar var. Qadınların alimentə arxayın olub ailəsini dağıtma meyli bəzi hallarda doğrudur.

Bəzən evlilik davam etsə, qadın ya döyülür, ya söyülür, ya da öldürülür. Öldürülmək ehtimalına qarşı bəzi qadınlar boşanmalı olur. Amma bəzən də çox adi səbəblərdən, havadan-sudan qadınlarımız boşanır. Bu səbəbdən Razi bəyin dediklərini qəribçiliyə salmaq lazım deyil. Qadınlar boşanmağa daha meyilli olurlar. Bu problemlərin həllində qadınların niyə boşanmaq istəməsi, istəyin səbəbləri araşdırılmalıdır. Cəmiyyət də tənəzzül gedir. Hər iki ailədən biri dağılır. Deputatın nə demək istədiyini insanlar yaxşı analiz etsələr, nəticəni özləri görəcəklər", - deyə sosioloq vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri