Mədəni vəziyyətimiz də şəxsiyyət vəsiqəsində əks olunmaldır Lalə Mehralı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı hesab edir ki, bu dəyişikliyə ehtiyac var.
"Hazırkı biometrik şəxsiyyət vəsiqələrinə keçid zamanı bir çox insan qeyd etmişdi ki, yaşadığı yerin, qeydiyyatda olunduğu yerin, mədəni vəziyyətin vəsiqə üzərində əks olunmaması gələcəkdə problemlər yaradacaq. Bu gün həmin problemləri görürük. Məsələn, vəsiqənin üzərində kimin harada qeydiyyatda olması ilə bağlı məlumat yoxdur. Zənn edirəm ki, bununla bağlı düzəlişlər etmək üçün yeni dəyişiklik məsələsi gündəmə gətirilib. Bu lazımdır".
Onun sözlərinə görə, vəsiqə bizi təmsil edib, kimliyimizi ifadə edirsə, mədəni vəziyyətimiz də orada əks olunmalıdır.
"Şəxsiyyət vəsiqələrini oxucuya saldıqda bu məlumatlar əks olunsa da, dövlət idarələrinin hamısında, özəl müəssisələrdə oxuyucu var deyə bilmərik. Zəruri məlumatların vəsiqə üzərində əks olunması şərt idi. Dəyişiklik buna görə təklif olunur. Əvvəlki vəsiqədə necə məlumatlar əks olunmuşdusa, yeni vəsiqədə də eyni formada əks olunacaq", - deyə sosioloq əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 İyul 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















