Qadınlarda bu xəstəlik daha risklidir
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Böyrək xəstəlikləri qadınlarda daha çox rast gəlinir və qadınların həyatını itirməsinin əsas səbəblərindən biridir.
Pravda.az böyrək xəstəliklərinin qadınlara necə təsir etməsi ilə bağlı məlumatları təqdim edir:
Xroniki böyrək çatışmazlığı qadınlarda daha çoxdur: Dünya üzrə 193 milyon qadın xroniki böyrək xəstəliyindən əziyyət çəkir. Xəstəlik qadınlarda 8-ci ən çox ölüm səbəbidir və ildə 600 min qadının həyatını itirməsinə səbəb olur.
Böyrək infeksiyaları qadınlarda daha çox müşahidə olunur: Xüsusilə hamiləlik dövründə risk artır. Qadınların anatomiyası səbəbindən sidik yolları infeksiyaları böyrəklərə yayıla bilər.
Hamiləlikdə böyrək sağlamlığına diqqət vacibdir: Xroniki böyrək xəstəliyi olan qadınlarda hamiləlik riski artır, preeklampsi (hamiləlik zəhərlənməsi) riski isə 4-5 dəfə çoxdur.
Qadınlarda böyrək xəstəliyi çox olsa da, diyalizə gedən azdır.
Xatırlatma: Qadınların böyrək xəstəlikləri sahəsində məlumatlandırılması və sağlamlığa diqqət artırılması həyati əhəmiyyət daşıyır.
Əminə Bayramova

