Yaşar Seyidov: Favorit hesab etdiyin komanda ümidləri doğrultmaya bilər
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Finalda proqnoz vermək çətindir. Favorit hesab etdiyin komanda ümidləri doğrultmaya bilər". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Seyidov deyib.
Təcrübəli funksioner bu gün keçiriləcək Azərbaycan Kubokunun final matçından gözləntilərini bölüşüb:
"Kağız üzərində favorit "Qarabağ"dır. Amma "Sabah" da sürpriz edə bilər. "Qarabağ" Çempionlar Liqasında ölkəmizi təmin edəcək deyə, bu oyunda daha sərbəst olacaq. Sözsüz ki, onlara müəyyən pul mükafatı vədd edilib. İnanmıram futbolçlar bu məbləgdən imtina etsinlər. "Sabah" isə kuboku qazana bilməsə, avrokuboklardan kənarda qalacaq. Ona görə "bayquşlar" daha diqqətli, ürəkdən oynamalıdır. Rəhbərlik onlara kifayət qədər əməkhaqqı verir. Oyunçuların qazandıqları məvacib qarşısında məsuliyyəti olmalıdır".
Qeyd edək ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 31 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















