Icma.az
close
up
RU
Anar Quliyevin iştirak etdiyi UN Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşıb

Anar Quliyevin iştirak etdiyi UN Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşıb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 29-30-da Keniyanın paytaxtı Nayrobidə keçirilən Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı - UN-Habitat Assambleyasının İkinci Sessiyası öz işini başa çatdırıb.

Bu barədə APA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sessiyada ölkəmizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə milli koordinator Anar Quliyev təmsil edib.

BMT-nin Məskunlaşma Assambleyasının ikinci davam sessiyası çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib. 2025–2029-cu illəri əhatə edəcək üzvlük ölkəmizə urbanizasiya sahəsində beynəlxalq qərarların qəbulunda, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında daha qərarverici rol oynamasına imkan verəcək.

Sessiyada, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün mövzusu və tarixi rəsmi olaraq təsdiq edilib.

Tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi və WUF13-də fəal iştiraka dəstək göstərilməsi məsələləri müzakirə olunub ki, bu da Azərbaycanın qlobal şəhərsalma proseslərində mövqeyinin möhkəmlənməsinə dəstək göstərəcək.

Assambleya çərçivəsində 2026–2029-cu illəri əhatə edən yeni Strateji Plan və “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimat da təsdiqlənib. Sənəd UN-Habitat-ın gələcək fəaliyyət istiqamətlərini, dayanıqlı şəhərsalma sahəsində qlobal çağırışlara cavab vermək üçün konkret hədəflər və yeni prioritetləri müəyyən edir.

Azərbaycan nümayəndə heyəti “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə” və “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025 və sonrakı illər”, “Hər kəs üçün layiqli mənzil” mövzularında keçirilən tədbirlərdə də fəal iştirak edib.

Anar Quliyev şəhərlərin artan rolunu, COP29-un qlobal iqlim gündəmindəki əhəmiyyətini və Bakı Davamlılıq Koalisiyasının təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb.

Səfər zamanı Komitə sədri UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rosbax, İtaliya, Çin, Malayziya, Özbəkistan və Keniya nümayəndələri ilə görüşərək dayanıqlı şəhərsalma, “ağıllı” şəhər modelləri, ekoloji transformasiya və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, tərəfdaş ölkələri WUF13-də fəal iştiraka dəvət edib.

Sessiya çərçivəsində təşkil olunmuş Azərbaycan stendində isə WUF13-ün əsas planları, müasir şəhərsalma yanaşmaları və ölkəmizin təşəbbüsləri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://apa.az
archiveBu xəbər 31 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri