Icma.az
close
up
RU
Qadınlarda hormonal pozulmalar və sonsuzluq

Qadınlarda hormonal pozulmalar və sonsuzluq

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu hal endokrin sonsuzluq adlanır. Sonsuzluğun ən çox təsadüf edilən səbəblərindən biri də qadın orqanizmində olan hormonal pozğunluqlardır.

Orqanizm tərəfindən hazırlanan hormonların, demək olar ki, hamısı cinsi funksiyalara təsir edirlər. Məhz buna görə, hər hansı bir hormonun və ya bir neçə hormonun istehsal olunmasında pozğunluq baş verdikdə, qadında sonsuzluq inkişaf edə bilər. Bunu nəzərə alaraq, sonsuzluğa görə müalicə alan bütün qadınlara hormonal fonun müayinələri - həm qadın hormonları, həm də qalxanvari vəzi hormonları təyin olunur.

Əgər qadın orqanizmində estrogenlərin çatışmazlığı olarsa, onun yumurtalıqlarında yumurta hüceyrəsinin yetişməsi baş vermir. Bu isə ovulyasiyanın, daha sonra isə hamiləliyin baş verməməsinə səbəb olur. Digər tərəfdən, progesteron hormonunun çatışmazlığı isə ovulyasiya və mayalanma nəticəsində əmələ gəlmiş olan rüşeymin uşaqlığın daxili qişasına implantasiya oluna bilməyəcəyi ilə nəticələnmiş olacaq.

Bəs qadınlarda hormonal fonun dəyişməsinin səbəbi nədədir?

Bu, qadın cinsiyyət vəzilərində - yumurtalıqlarda olan patoloji proseslər, həmçinin endokrin orqanların xəstəlikləri ola bilər: baş beyində yerləşən mərkəzi orqanlar – hipofiz və hipotalamus və periferik orqanlar olan – qalxanvari vəzi, böyrəküstü vəzilər və digərləri.

Qız uşağının anormal sürətli və ya anormal ləng cinsi yetkinliyi ilə nəticələnə bilən - hormonal fonun anadangəlmə pozğunluqları, hipotalamusun və hipofizin hormonal-aktiv şişləri, böyrəküstü vəzilərin şişləri və vərəmi, endokrin sistemi orqanlarının iltihabi xəstəlikləri də sonsuzluğa səbəb ola bilərlər. Bu halda vaxtında aparılan müayinə və müalicə qız uşağını gələcəkdə baş verə biləcək sonsuzluqdan xilas etməyə imkan verə bilər.

Xoşbəxtlikdən, dölyaratma funksiyasının pozulması zamanı olan bütün dəyişikliklər, heç də hər zaman ağır endokrin xəstəliklərin olması ilə əlaqədar deyil. Əksər hallarda funksional pozğunluqlar da təsadüf edilir ki, onlar da vaxtında aşkar edildikdə asanlıqla müalicə olunurlar. Belə funksional pozğunluqlardan biri - hipotireozdur (qalxanvari vəzinin tiroid hormonlarının çatışmazlığı). Hazırkı zamanda hipotireoz - sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Hipotireoz xəstəliyi zamanı qadında yumurta hüceyrəsinin inkişaf etməsi və ovulyasiya baş vermədiyi üçün hamiləliyin olması da mümkün olmur. Xoşbəxtlikdən bu xəstəliyin müalicəsi kifayət qədər asanlıqla aparılır. Həkim-endokrinoloq xəstəyə orqanizmdə qalxanvari vəzinin çatışmayan hormonlarını təyin etdikdən bir müddət sonra, qadının hormonal fonu normallaşdığı üçün arzu edilən hamiləlik də baş tutur.

Bundan başqa, onu da bilmək lazımdır ki, qadının dərialtı piy təbəqəsi də qadın cinsi hormonları ifraz edir. Bunun nəticəsində, qadının bədən çəkisinin həddən artıq aşağı olduğu halda, bu proses də pozularaq aybaşının tamam itməsi və sonsuzluğun formalaşması ilə nəticələnə bilər.

Digər bir tərəfdən, qadının bədən çəkisinin həddindən artıq olması da hormonal tarazlığın pozulmasına (aybaşı tsiklinin, ovulyasiyanın pozulması) və son nəticədə isə sonsuzluğa səbəb ola bilər. Belə hallarda həkimlər, çəkinin normallaşdırılması məqsədi ilə qadınlara pəhriz saxlamaq, müvafiq dərman preparatları qəbul etmək, idman hərəkətləri ilə məşğul olmaq və s. məsləhətlər görürlər. Çəkinin normallaşdığı halda, pozulmuş hormonal tarazlıq, həmçinin qadının dölyaratma funksiyası da, adətən, bərpa olunur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri