Icma.az
close
up
RU
Qadınlardan sonra kişilər də bu “xəstəliyə” yoluxdu: Estetik əməliyyat bəlasından necə qorunaq?

Qadınlardan sonra kişilər də bu “xəstəliyə” yoluxdu: Estetik əməliyyat bəlasından necə qorunaq?

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar Azərbaycanda estetik əməliyyatlar dəb halını aldığından ona üstünlük verənlərin sayı hər ötən gün bir qədər də artır. Halbuki bir neçə il əvvələ qədər estetik əməliyyat dedikdə, ağıla ən çox rinoplastika – burun əməliyyatları gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Artıq qadınlar abdominoplastika (qarın gərmə), popoplastika (omba böyütmə), mammoplastika (sinə plastika), liposaksiya (idmanla əriməyən piylərə tibbi müdaxilə) və bir sira riskli əməliyyatlara girməkdən də çəkinmirlər. Təəssüf hissilə də olsa, qeyd etməliyik ki, az qala hər gün plastik əməliyyatlar nəticəsində yaşanan faciələrin, insan ölümünün və digər ciddi fəsadların şahidi oluruq.

İnsanın xarici görünüşündə hansısa bir qüsur varsa və bu onda kompleks yaradır, depressiyaya salırsa, əlbəttə estetik əməliyyat etdirə bilər. Lakin bir çox qadınlar ehtiyac oldu-olmadı bu riskli əməliyyatlara üz tutur, araşdırmadan bu sahədə işinin peşəkarı olmayan həkimlərə müraciət edirlər. Nəticədə isə gözəlləşmək əvəzinə həddən artıq qorxunc hala düşür və sağlamlıqlarına ciddi zərər dəymiş olur.

Təəssüfləndirici hal odur ki, bu gün artıq bəzi kişilər də xarici görünüşündə lazımsız dəyişikliklər etməyə başlayıb.

Məsələn, “İnstagram”da “Qulaq qırmaq” adı ilə fəaliyyət göstərən səhifələr mövcuddur. Yüzlərlə paylaşımı olan səhifəyə yazılan şərhləri gördükdə aydın olur ki, bir çox gənc bura üz tutaraq, sağlam qulağını qırdırır.

Maraqlıdır, insanların bu cür əməliyyatlara üstünlük verməsi hansı səbəbdən yaranır? Niyə əksər qadınlar gözəl görünmək üçün ən riskli əməliyyatlara girir? Qulaqlarını bilərəkdən sındıran kişilərdə özgüvən problemi varmı? Yeni nəsli bu cür bəlalardan qorumaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Publika.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, estetik əməliyyatların və sosial mediada yayılan zərərli trendlərin artması psixoloji problemlər yaradır:

“İnsanların özünüdərketmə prosesində sağlam yanaşma formalaşdırmaq üçün həm fərdi, həm də ictimai səviyyədə addımlar atılmalıdır. Düşüncənin sağlamlığı hər bir fərdin özünü olduğu kimi qəbul etməsindən başlayır. Sosial mediada və reklamlarda təbliğ edilən gözəllik standartları insanların bədənlərinə tənqidi yanaşmasına səbəb olur. Gözəllik standartlarının təsiri altında insanlar özlərini daha cazibədar hiss etmək və cəmiyyətdə qəbul olunmaq üçün riskli əməliyyatlara müraciət edirlər.

Cəmiyyətdə gözəlliklə bağlı formalaşan sərt standartlar insanların özlərinə daha tənqidi yanaşmasına səbəb olur. Sosial mediada yayılan mükəmməl bədən obrazı insanlarda özünəinamsızlıq yaradır və estetik dəyişikliklərə təhrik edir. Texnologiyanın inkişafı da bu marağın artmasında böyük rol oynayır. Əməliyyatlar indi daha sürətli, ağrısız və təhlükəsiz keçirildiyi üçün bu prosedurlar adi tibbi müdaxilə kimi qəbul edilir. Ancaq bu asanlıq bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Kişilər arasında yayılan və "Qulaq qırmaq" kimi tanınan yeni trendən danışan psixoloq bunun xüsusi narahatlıq yaratdığını qeyd etdi:

“Bu prosedur sağlam qulaqların bilərəkdən zədələnməsi və “unikal görünüş” əldə etmək məqsədilə edilir. Bu davranışın arxasında özgüvən problemi və diqqət çəkmək arzusu dayanır. Bu trend sosial media vasitəsilə geniş yayılaraq gənclərin marağını artırır. Bu davranışlar əsasən diqqət mərkəzində olmaq və ya başqalarından fərqlənmək istəyindən qaynaqlanır. Sosial mediada belə trendlərdən təsirlənən gənclər özlərini başqaları ilə müqayisə edərək, bu cür riskli addımlar atırlar.

Bu cür tendensiyalar bir sıra mənfi nəticələrə səbəb ola bilər. İlk növbədə, fiziki zərər riski artır. Riskli əməliyyatlar bədəndə daimi problemlər və hətta həyat üçün təhlükəli vəziyyətlər yarada bilər. İkinci problem isə psixoloji travmalardır. İnsanlar bəzən əməliyyatların nəticəsindən razı qalmır, bu isə dərin məyusluq və özünə qarşı nifrət hissinə səbəb ola bilər. Üçüncüsü, belə trendlərin gənclər arasında normallaşması onların yanlış davranışları təqlid etməsinə gətirib çıxarır”.

Klinik psixoloq gənc nəsli bu cür bəlalardan uzaq tutmağın yollarından da danışdı:

“Gənclərə öz bədənlərini olduğu kimi qəbul etməyin vacibliyi üçün maarifləndirici fəaliyyətlər aparılmalıdır. Eyni zamanda, estetik əməliyyatlara maraq göstərən şəxslərə psixoloji yardım göstərilməli, onların bu qərarlarının motivləri araşdırılmalıdır. Sosial mediada zərərli trendləri təşviq edən səhifələrin fəaliyyətinə nəzarət artırılmalı və gənclərə sağlam məzmun təqdim edilməlidir. Müxtəlif bədən növlərinin və fərqli gözəllik anlayışlarının qəbul olunmasını təşviq edən nümunələr təqdim edilməlidir. Ailə və təhsil mühiti gənclərin sağlam düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır”.

Kişilər arasında yayılan "Qulaq qırmaq" trendi ilə bağlı Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi Taleh Məmmədovun da fikirlərini öyrəndik.

Güləşçi bildirdi ki, “idmanla məşğul olursa, mütləq qulağın qırıq olmalıdır” deyə bir qayda yoxdur.

"Qığırdaq hissəsi bərk olan insanda qulaq daha tez qırılır. Bu hadisə fənddən qaçan və yaxud da fənd edən zaman baş verir. Bu zaman məcbur ya xal itirməlisən, ya da fənddən qaçmalısan. Qaçarkən qulaq geri qatlanır və qırılır”.

T.Məmmədov onu da əlavə etdi ki, 26 ildir bu sahədə olmasına baxmayaraq hələ də qulağın necə qırıldığını bilmir:

“Düzdür, mənim öz qulaqlarım qırıqdır və bu, yarış vaxtı, məşq zamanı baş verib. Amma peşəkar idmançı heç vaxt qulağını qırdırmaz və yaxud da peşəkar idman müəllimi heç vaxt yetirməsinin qulağını qırdırmasına razı olmaz. Siz dediyiniz şəxslər göstəriş məqsədi ilə 5-10 gün özü üçün idmana gedənlərdir. Təbii ki, bu da lazımsız addımdır”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri