Icma.az
close
up
RU
Dünyanın ən böyük bankından qızılın qiymətilə bağlı yeni proqnoz

Dünyanın ən böyük bankından qızılın qiymətilə bağlı yeni proqnoz

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bazar dəyərinə görə dünyanın ən böyük bankı olan "JPMorgan Chase"in analitikləri qızılın bahalaşmasının davam edəcəyini, 2026-cı ilin 4-cü rübündə 1 unsiya qızılın qiymətinin orta hesabla 5055 dollara çatacağını gözləyirlər.

Marja.az-ın məlumatına görə, Bankın açıqlamasında qeyd olunur ki, bu proqnoz həm investor tələbi, həm də mərkəzi bank alışları nəzərə alınaraq 2026-cı ildə hər rübdə təxminən 566 ton qızıl tələb olunacağı ehtimalına əsaslanır.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

JPMorgan-a görə, bank xaricindəki investorların qızıla ayırdıqları pay hazırda ümumi aktivlərinin 2,6%-inə bərabərdir. Əgər investorlar uzunmüddətli istiqrazlar əvəzinə qızılı riskdən qorunma vasitəsi kimi istifadə etməyə davam etsələr, bu göstərici 4,6%-ə yüksələ və qiymətlər buna paralel olaraq təxminən 2 dəfə arta bilər.

“Qızıl bizim ən güclü uzunmüddətli investisiya tövsiyəmizdir”

JP Morgan-ın qlobal əmtəə strategiyaları rəhbəri Nataşa Kaneva bildirib ki, qızılın qiymətində əlavə artım potensialı mövcuddur, çünki bazar ABŞ Mərkəzi Bankının (FED) faiz endirimləri dövrünə daxil olur.

Makro faktorlar qızılın bahalaşmasını dəstəkləyir

Əsas və qiymətli metallar üzrə strateji rəhbər Gregory Shearer vurğulayıb ki, faiz endirim dövrü, staqflasiya narahatlığı, Fed-in müstəqilliyi ilə bağlı suallar və pulun dəyər itirməsinə qarşı qorunma qızılın artımını dəstəkləyir.

Dolların roluna toxunan bank, qeyd edib ki, son bahalaşma daha çox dolların diversifikasiyası ilə bağlıdır. Yəni ABŞ aktivlərinə sahib olan xarici investorlar paylarını tədricən qızıla yönəldirlər.

Bazarın son konsolidasiyası sağlamdır

JP Morgan analitikləri son zamanlar qızıl qiymətindəki azalmaların bazarın sağlam konsolidasiyası olduğunu vurğulayıblar. Kaneva qeyd edib ki, avqust ayından bəri sürətli qiymət artımlarının bazar tərəfindən mənimsənilməsi (mənfəətin reallaşdırılması) nəticəsində bu geri çəkilmə normaldır.

O əlavə edib: “Qiymət çox sürətlə hərəkət etdiyinə görə qorxuya qapılmaq da normaldır”.

JP Morgan qızılın qiymətilə bağlı uzunmüddətli hədəfini (2028-ci ilə qədər) 6000 dollar səviyyəsində saxlayıb və vurğulayıb ki, qızıl investisiyası çoxillik perspektivdə nəzərə alınmalıdır.

Bu il qızılın qiyməti bir neçə dəfə rekord səviyyəyə çatıb; sonuncu zirvə 4381.21 dollar səviyyəsində olub və ilin əvvəldən bu günə olan artım təxminən 57% təşkil edir. 

Bakı vaxtı ilə saat 12:00-da qızıl 4093 dollara ticarət olunub. 

Bir sıra mütəxəssislər bildirirlər ki, qızılın qiymətinin 4000 dollara doğru, hətta  3700–3800 dollar aralığındak düşməsi normaldır, bu, bir sıra investorların bahalaşmadan sonra mənfəəti reallaşdırmaları ilə əlaqədardır. Həmçinin ABŞ hökumətinin tezliklə açılacağına dair bəyanatlar və Avqust ayından bəri qiymətlərdə 40%-i aşan kəskin yüksəliş qızılda texniki düzəliş gözləntilərini gücləndirmişdir. Lakin 4000 dollar və daha aşağı səviyyələr alış üçün fürsətdir, çünki qızılın qiyməti yenidən yüksələcək və 2026-cı ilin ilk rübünə qədər davam edəcək. Gələn ilin qızılın qiymətinin 5000 dolları keçəcəyi gözlənilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://marja.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri