Icma.az
close
up
RU
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” ÖZƏL

“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” ÖZƏL

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Güclü olmaq əlbəttə ki, çox çətindir. Amma xanımlarımız son zamanlar güclü olmağı seçirlər. Çünki düşünürlər ki, güclü olsalar onları heç kəs incidə bilməz, heç kəsdən asılı ola bilməzlər. Amma mən qadınların güclü yox, xoşbəxt olmağını istərdim. Xanımlara “Siz güclüsüz?” sualının yerinə, “siz xoşbəxtsiz?” sualını ünvanlasınlar. Bu daha məntiqli olardı. İstərdim ki, bütün qadınlarımız xoşbəxt olsunlar. Amma həyat şərtləri elədir ki, biz güclü olmağa da məcburuq”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova deyib. O daha sonra “Niyə aktrisaların həyatı hər zaman alınmır?” sualına cavab verib:

“Ümumiyyətlə nəinki aktrisalar, son zamanlar qadınlarımız daha sərbəst olmaq istəyirlər. Düşünürlər ki, tək olsalar daha güclü olarlar. Onlar üçün həyat daha rahat olar. Amma mənə elə gəlir ki, hər bir qadının onun qayğısını çəkə biləcək, yanında dura biləcək, onu sevgi ilə əhatə edə biləcək bir bəyə ehtiyac var. Mən düşünmürəm ki, təkcə aktrisaların həyatı alınmır. Əksinə bizim məmləkətdə aktrisalarımız daha rahat həyat qururlar və xoşbəxt olurlar. Nəinki başqa ölkələrdə. Bizdə çox gözəl, nümunəvi sənət ailələri var. Bu fərddən asılı bir şeydir” deyə o bildirib.

Aktrisa bildirib ki, indi nəinki sənət adamları, adi insanlar da şan-şöhrətli olmaq istəyirlər:

“Bu artıq trend halını alıb. Həqiqətən də son zamanlar baxırsan ki, adi xanımlar aktrisalarımızdan daha gözəl geyinirlər, daha çox gündəmdədirlər. Sosial şəbəkələr də buna imkan yaradır. Daha çox da tiktok.  Hər kəsin evində bir televizoru və kanalı var. Hər kəs öz reklamı ilə məşğuldur. Adi xanımlar aktrisalardan daha çox gündəmdədirlər. Hamı ulduz xəstəliyinə tutulub. Hamı məşhur, gündəmdə olmaq istəyir. Bəzən bunları görəndə deyirəm ki, qoy bir az kənarda qalım. Çünki belə gündəmdə olmaq istəməzdim. O vaxtı hər şey bu qədər rahat və əlçatan deyildi. Bir az fərqli idi. 20 il bundan öncə. Həm də aktrisaların əksəriyyəti fotosessiya, çəkiliş etmək üçün böyük maddiyat ödəməli idilər. Aktrisaların qazancı da çox cüzi olduğuna görə istədikləri məbləği özlərinə xərcləyə bilmirdilər. Çünki bizdə industriya balaca olduğuna görə, kifayət qədər film və seriallar çəkilmədiyinə görə aktrisaların qazancı ancaq teatrdan olur. Ona görə də istədikləri kimi özlərini reklam edə bilmirlər. Bu da əlbəttə ki, çətinliklər yaradır” deyə Zümrüd Qasımova bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri