Qadınların yumurta hüceyrələrini satan şəbəkə tutuldu VİDEO
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
İstanbulda qadınları pul müqabilində yumurta hüceyrələrini satmağa təşviq edən beynəlxalq cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirilib.
"Bakupost" Türkiyə KİV-ə istinadla xəbər verir ki,araşdırma zamanı 41 qadından ümumilikdə 811 dəfə yumurta hüceyrəsi götürüldüyü məlum olub.
İstintaq materiallarına görə, şəbəkə qadınları Şimali Kipr Türk Respublikasına aparıb və orada yumurta hüceyrələrini cərrahi yolla çıxarıb. Qadınlardan alınan hər bir hüceyrənin 60-80 avroya satıldığı müəyyən edilib.
Şəbəkənin Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Albaniya və Gürcüstanla əlaqəli olduğu bildirilir. Təşkilat üzvləri qadınların səfərlərini təşkil edir, həkimlərlə əlaqə yaradır və yumurta hüceyrələrinin satışını həyata keçiriblər.
Araşdırma Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının qeydləri əsasında üzə çıxarılıb.
Qadınlara edilən ödənişlər, onlar üçün alınan aviabiletlər və şübhəlilər arasındakı pul köçürmələri izlənilib.
İstanbulda mərkəzləşmiş 14 vilayətdəkçirilən əməliyyat zamanı 36 şübhəli saxlanılıb. Aralarında iki ginekoloqun da olduğu ümumilikdə 53 nəfər barəsində istintaq tədbirlərinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Oktyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















