Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsində islahatlar aprılmalıdır DEPUTAT

Qafqaz Müsəlmanları İdarəsində islahatlar aprılmalıdır DEPUTAT

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1823-cü ildə yaradılmış Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) 1980-ci ildən bəri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir. Qurumun bir sıra səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilsə də, QMİ bölgədəki nüfuzunu qoruyub saxlayır. İdarənin indiyə kimi ayaqda durmasını Allahşükür Paşazadənin nüfuzu ilə bağlayanlar çoxdur

Bəs Allahşükür Paşazadədən sonra qurumu nə gözləyir? O, fəaliyyətini dayandıra bilərmi? 
Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dünya dövlətlərinin mütləq əksəriyyətinin idarəçiliyində din amili böyük rol oynayır:

"Dini mərkəzlər xüsusi əhəmiyyətə malikdir. Bu gün təkcə bizdə yox, Gürcüstan, Ermənistan, o cümlədən də Rusiyada belə idarələr var. Həmin idarələr çox geniş fəaliyyətə və əhatəyə malikdir. Ona görə belə müəssisələrin olması önəmlidir. Qafqaz Müsəlmanları İdarəsi müstəqillik dövründə üzərinə düşüən vəzifələri yerinə yetirməyə çalışıb. Azərbaycanla digər müsəlman ölkələri arasında əlaqələrin qurulub saxlanılması, erməni kilsəsi ilə danışıqların aparılması və sair istiqamətlərdə QMİ-nin fəaliyyəti böyük olub. Bu gün də o fəaliyyət mövcuddur.
Hesab edirəm ki, hələ də QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət məsələlərində müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Sərhədlər tam müəyyənləşməyib. Sərhədlərin tam müəyyənləşdirilməməsi bir sıra hallarda toqquşmalara da aparıb çıxarır. Yəni ümumən əksər məsələlər tənzimlənib. Ancaq müəyyən məsələlərin daha da dəqiqləşdirilməsinə ehtiyac var".


Deputat vurğulayıb ki, eyni zamanada Qafqaz Müsəlmanları İdarəsində müəyyən islahatların aparılmasına ehtiyac var:

"Qurumun fəaliyyəti daha da təkmilləşdirilməli, yüksək səviyyəyə qaldırılmalıdır. Çünki söhbət Qafqaz Müsəlmanları İdarəsindən gedir. Biz imkan verməməliyik ki, gələcəkdə hansısa başqa ölkə bu idarəni özünə götürsün. Ona görə də düşünürəm ki, bu idarənin fəaliyyəti önəmlidir. İslahatlar aparılmalı, qurumun fəaliyyəti daha da güclənməlidir. QMİ dövlət təşkilatı deyil. Ona görə burada beynəlxalq təcrübəni nəzərə aldıqda, bəzi məsələlər daha açıq nəzərə çarpır. Düşünürəm ki, bu məsələlərdə elə etməliyik ki, qurum daha güclü olsun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri