Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 yanvar, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şeyxülislam A.Paşazadə, ilk növbədə, qardaş ölkənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin mehmanxanasında baş vermiş yanğın nəticəsində çox sayda insanın dünyasını dəyişməsi barədə üzücü xəbərlə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına öz adından və Azərbaycan dindarları adından dərin hüznlə başsağlığını ifadə edib, mərhumlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

QMİ sədri Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. Şeyxülislam səfirin Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə Türkiyənin ölkəmizdə təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. O, ölkəmizdə fəaliyyəti başa çatan Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verməsinə toxunaraq, mövcud körpülərin möhkəmləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

İki ölkə arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan fəxarət duyduğunu bildirən Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib. O, Türkiyə Diyanət Başkanlığının sədri Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə əməkdaşlıq səylərini yüksək qiymətləndirib.

Qəbula və başsağlığına görə dərin minnətdarlığını bildirən C.Bağçı Azərbaycanda səfir olaraq fəaliyyətindən dərin məmnunluğunu dilə gətirib, Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüş və ünsiyyətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri