Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının və Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının üzvləri iştirak ediblər.
QMİ sədri şəhid ailələrinin üzvləri və qazilərlə söhbətində bildirib ki, ABŞ-də və Vatikanda iştirak etdiyi tədbirlərdə, Roma papası ilə söhbətində Azərbaycanın 44 günlük müharibədəki Zəfəri haqqında danışıb:
"İnsanlar bu hadisələri dinlədikcə heyrətləndilər. Azərbaycanın qələbəsi bütün dünyada qəbul olunur. Bütün bunlar şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin sayəsində başa gəlib. Gələcək nəsillər bu qələbə haqqında dastanlar yazacaqlar".
A.Paşazadə Vətən uğrunda döyüşənlər arasında müxtəlif xalqların nümayəndələrinin olduğunu xüsusi qeyd edib.
Tədbirdə şəhid ailələrinin, qazilərin və döyüşçülərin müraciətləri dinlənilib, onlara hədiyyələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















