Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsinin sədri İtaliyada dini liderlərin beynəlxalq tədbirində iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İtaliyada dini liderlərin beynəlxalq tədbirində iştirak edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Roma, 29 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyanın paytaxtı Romanın simvolu sayılan Kolizeyin yaxınlığındakı “Zəfər tağı”nın qarşısında keçirilən və dünyanın müxtəlif ölkələrindən dini liderlərin qatıldığı beynəlxalq tədbirdə fəxri qonaq qismində iştirak edib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın “Sant'Egidio” katolik icmasının “Sülhə cəsarət edin” şüarı ilə təşkil etdiyi beynəlxalq dialoq və sülh üçün dua görüşü tədbirlər proqramının yekunu olaraq baş tutan bu mərasimdə müsəlman dini liderləri arasında təkcə şeyxülislam Allahşükür Paşazadə və Misirin Əl-Əzhər şəhərinin böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib iştirak ediblər.

Tədbirdə çıxış edən Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo sülhün müqəddəsliyini vurğulayıb: “Bəsdir müharibələr, onların əzablı ölümləri, dağıntıları, sürgünləri... Müharibə heç vaxt müqəddəs deyil, yalnız sülh müqəddəsdir, çünki onu Allah istəyir! Biz elə etməliyik ki, tarixin müharibə və güc təkəbbürlülüyü ilə yadda qalan bu dövrü tezliklə başa çatsın və yeni bir tarix başlasın”.

Pontifik dindən sui-istifadə hallarının qəbuledilməz olduğunu, insanları müharibəyə sürükləmək istəyənlərin, sülh istəməyənlərin və münaqişələri qızışdıranların bunu hesabını verəcəyini bildirib.

Daha sonra “Sant'Egidio” İcmasının rəhbəri Marko İmpalyazzo, eləcə də din xadimləri və alimlərin çıxışları dinlənilib.

Sayca 39-cu dəfə baş tutan beynəlxalq görüş dövrümüzün ən vacib və həssas problemlərini - dinc yanaşı yaşama, həmrəylik və sülhün yeni vizyonlarını qurmaq və müzakirə etmək üçün böyük dinlərin, mədəniyyətlərin, vətəndaş cəmiyyətlərinin və siyasi dairələrin nümayəndələrini bir araya gətirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri