Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanda kardinallar ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanda kardinallar ilə görüşüb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vatikan, 1 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın yüksək rütbəli nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətindən bəhs edilib, ölkəmizin dini və mədəni müxtəlifliyi qorumaqla müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayışını təmin etdiyi bildirilib.

Görüşdə Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfə məmnuniyyətlə qarşılanıb. Bu baxımdan Heydər Əliyev Fondu ilə Müqəddəs Tax-Tac arasındakı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu uğurlu əməkdaşlığın mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə verdiyi qeyd olunub. Vurğulanıb ki, həmin layihələr Azərbaycanın, o cümlədən də Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəsini əks etdirir.

Həmçinin, Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyətindən bəhs olunub, ikinci katolik kilsəsinin tikintisi ilə bağlı görülən işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqaz Müsəlmanları İdarəsi Müsəlman Ağsaqqalları Şurasının və BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə gələn il müxtəlif ölkələrin dini liderlərinin islamdaxili dialoq və islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş konfransını keçirəcək.

Şeyxülislam Allahşükür Paşazadə kardinal Kuvakadı və kardinal Qucerottini konfransın iştirakçıları arasında görməkdən məmnun olacağını bildirib. Qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Vatikanla əlaqələrin inkişafında maraqlıdır.

Müqəddəs Taxt-Tac tərəfi Azərbaycandakı məzhəblərarası və dinlərarası mühitin təkcə müsəlman ölkələri deyil, bütün dünya üçün nümunə təşkil etdiyini və bu nümunənin beynəlxalq müstəvidə geniş şəkildə təbliğinin vacibliyini bildirib.

Görüşdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və İtaliyadakı səfirimiz Rəşad Aslanov da iştirak ediblər.

Vatikana səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Vatikan arasında yüksək müstəvidə inkişaf edən əlaqələr vurğulanıb, bu münasibətlərin örnək mahiyyəti qeyd olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri