Icma.az
close
up
RU
Qalatasaray autsayderdən 3 qol buraxdı

Qalatasaray autsayderdən 3 qol buraxdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda ''Qalatasaray'' autsayder Kiyev ''Dinamo''sunu qəbul etdi.

''Football-plus.az'' xəbər verir ki, Ukraynadakı vəziyyət üzündən əvvəlki gücündən çox uzaq olan ''Dinamo'' artıq pley-off şansını itirmişdi. Komanda keçirdiyi 6 oyunun hamısında məğlub olmuş və bu qarşılaşmalarda cəmi 1 qol vurmuşdu. Ona görə də Türkiyə çempionu aşkar favorit sayılırdı.
Oyunun əvvəlləri Okan Burukun komandası üçün uğurlu alındı. Mərkəz müdafiəçiləri - Sançes və Əbdülkərim Bardakcının qolları sayəsində komanda iki topluq üstünlük yaxaladı. Maraqlıdı ki, bu cütlük bu mövsüm artıq 3-cü dəfə eyni oyunda fərqlənməyi bacardı! Sançes ilə Bardakcı daha öncə superliqada ''Çaykur Rizəspor'' və kubokda ''İstanbul BŞ''yə qarşı oyunlarda da qol sevinci yaşamışdı. Aleksandr Şovkovskinin çalışdırdığı ''Dinamo'' fasilə ərəfəsində qollardan birinin əvəzini çıxsa da, ikinci hissənin əvvəllərində penaltidən fərqlənən Osimhen yenidən fərqi iki topa çatdırdı. Amma heç bir ciddi hədəfi olmayan Kiyev klubu qalan müddətdə sərgilədiyi əzmkarlıqla alqış qazandı. Təcrübəli Andrey Yarmolenko səhnəyə çıxaraq dubl etdi (3:3).
Beləliklə, ''Cim-Bom'' AL-in əsas mərhələsində ilk dəfə evdə xal itirdi. Maraqlıdı ki, ''Qalatasaray'' ardıcıl 11-ci rəsmi oyunda qol buraxmasına baxmayaraq komandanın məğlubiyyətsiz seriyası 25 oyuna yüksəldi (17 qələbə, 8 heç-heçə). Okan Buruk hələ də müdafiədəki zəif oyuna çarə tapa bilmir. ''Sarı-qırmızılar'' bu mövsüm keçirdikləri 30 rəsmi oyunun cəmi 4-də (!) qapını toxunulmaz saxlamağı bacarıblar.
Daha bir diqqətçəkən məqam odu ki, ''Qalatasaray'' tarixi ərzində Ukrayna təmsilçisinə qarşı keçirdiyi 4-cü oyunda da qələbəyə həsrət qaldı (3 heç-heçə, 1 məğlubiyyət). 7-ci turu 13 xalla tamamlayan ''Qalatasaray''ın ilk ''8-lik''də yer alıb-almayacağına son turda aydınlıq gələcək.
Qeyd edək ki, komanda son turda səfərdə ''Ayaks''la qarşılaşacaq.
ƏLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see314

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see286

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see281

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see278

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see261

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see261

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see214

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see183

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see175

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see172

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see171

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see171

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see166

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see166

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see166

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see165

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see160

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see160

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see154

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri