Icma.az
close
up
RU
Bu ölkələr təzminat ödəyə bilər

Bu ölkələr təzminat ödəyə bilər

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Fosil yanacaq emissiyalarının qarşısını almaqda uğursuz olan ölkələr beynəlxalq hüquq qarşısında təzminat və bərpa məsuliyyəti daşıya bilər. AzPost xəbər verir ki, bu barədə BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) tarixi məsləhət xarakterli qərarında bildirib.

133 səhifəlik sənəd çərşənbə günü Haaqa Sülh Sarayında məhkəmə sədri Yüji İvasava tərəfindən təqdim olunub. O bildirib ki, iqlim böhranı ekosistemlərə və insanlara geniş və dərin təsir göstərir.

Məhkəmə yekdilliklə qəbul etdiyi qərarda vurğulayıb ki, dövlətlər istixana qazı emissiyalarının qarşısını almaq üçün konkret addımlar atmalıdır. O cümlədən, fosil yanacaq hasilatı və istehlakına lisenziyaların verilməsi və bu sahəyə subsidiyaların ayrılması ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Əks halda bu, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.

Qərarda qeyd olunur ki, dövlətlər yalnız öz fəaliyyətlərinə görə deyil, həm də özəl sektorun iqlim böhranına səbəb olan davranışlarına nəzarət etmədiklərinə görə də məsuliyyət daşıya bilərlər.

Vanuatu dövlətinin iqlim dəyişikliyi üzrə naziri Ralf Regenvanu bu qərarı “iqlim ədaləti baxımından dönüş nöqtəsi” adlandırıb.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış Paris Sazişində fosil yanacaqların adı birbaşa çəkilməmişdi. Lakin yalnız 2023-cü ildən etibarən ölkələr “fosil yanacaqlardan tədricən imtina” niyyəti ortaya qoyublar. Bu öhdəlik də bir sıra ölkələr tərəfindən zəifləndirilərək qeyri-məcburi hala salınıb.

Xatırladaq ki, bu məsləhət sənədi 2023-cü ildə BMT tərəfindən sifariş edilmişdi. Onun hazırlanmasına Sakit okean regionundan olan hüquq tələbələrinin təşəbbüsü və Vanuatu dövlətinin diplomatik səyləri səbəb olmuşdu.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri