Qalatasaray da sürpriz AYRILIQ: İtaliyaya gedir
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Türkiyə Super Liqasında liderliyini davam etdirən və növbəti mövsüm üçün heyət planlamalarına başlayan "Qalatasaray"da gözlənilməz ayrılıq yaşana bilər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qış transfer dönəmində sarı-qırmızılıların heyətinə qatdığı, lakin son həftələrdə istədiyi qədər forma şansı əldə edə bilməyən ispan hücumçu Alvaro Morata gələcəyi ilə bağlı qərarını verib.
Portuqaliyanın "A Bola" nəşrinin xəbərinə görə, ulduz futbolçu növbəti mövsümdə komandada yetərincə oynayacağına əmin olmadığı üçün yay aylarında "Milan" klubuna geri dönmək istəyir.
Qeyd edək ki, İspaniya millisinin forvardı bu mövsüm "Cim-bom"un heyətində 10 rəsmi oyunda 3 qol və 1 assistlə yadda qalıb.
Tural
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















