Qalatasaray dan rekord gəlir: Demək olar ki, tam satıldı
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Galatasaray 2026-2027 mövsümü üçün kombinələrin (mövsümlük bilet) yenilənməsi prosesinə erkən start verərək böyük maliyyə uğuruna imza atıb.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, klub rəhbərliyinin – xüsusilə prezident Dursun Özbeyin təşəbbüsü ilə həyata keçirilən kampaniya azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.
Mövsüumi biletlətin yenilənməsi çağırışına demək olar ki, 100 faizə yaxın geri dönüş qeydə alınıb.
Rams Park stadionunda yer və VİP kabinet sahibi olan azarkeşlərin təxminən 95 faizi öz yerlərini yeniləyib. Bu isə klubun büdcəsinə ciddi töhfə verib.
Məlumata görə, "Qalatasaray" bu prpsesdən ümumilikdə 140 milyon avro gəlir əldə edib. Stadionun ad hüquqları üzrə sponsorluq gəliri də nəzərə alındıqda, ümumi qazanc 200 milyon avro səviyyəsinə çatıb.
Yüksək tələbat səbəbindən yeni mövsüm üçün az sayda yeni azarkeşə mövsümi bilet almaq imkanı veriləcək. Hətta oyun günü biletləri üçün ayrılan yerlərin sayı da əvvəlki 8 minlik kvotadan 5 minə endiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 07 Aprel 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















