Qalatasaray Fənərbağça iki dünya ulduzu ilə danışıqlara başladı
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Super Liqasında mövsümün başa çatmasına az qalmış transfer bazarında da fəallıq artıb. “Qalatasaray” və “Fənərbağça” Misir millisinin iki ulduz futbolçusu - Məhamməd Salah və Omar Marmuş üçün danışıqlara başlayıb.
Demokrat.az xəbər verir ki, çempionluq mübarizəsinin son həftələrə təsadüf etdiyi Super Liqada “Qalatasaray” “Antalyaspor” üzərində qələbə qazanacağı halda çempionluğunu rəsmiləşdirə bilər. “Fənərbağça” isə səfərdə “Konyaspor”la qarşılaşacaq və rəqibinin xal itirməsini gözləyəcək.
Transfer çalışmalarına gəlincə, “Fənərbağça” iyun ayında keçiriləcək prezident seçkiləri öncəsi heyəti gücləndirmək üçün fəaliyyətini davam etdirir. Klub rəhbərliyi gələcək idarəetmənin işini asanlaşdırmaq məqsədilə futbolçularla ilkin təmaslar qurur.
“Qalatasaray”da isə hazırkı prezident Dursun Özbekin seçkilərdə yeganə namizəd olduğu və yenidən prezident postunda qalacağı gözlənilir. Klub artıq yeni transferlər üçün hazırlıqlara başlayıb.
“Fənərbağça” “Liverpul”dan ayrılacağını açıqlayan Məhamməd Salah üçün hərəkətə keçib. İddialara görə, İstanbul təmsilçisinin rəhbərliyi misirli futbolçunun meneceri ilə indiyədək iki dəfə görüş keçirib və oyunçunun vəziyyəti ilə maraqlanıb.
“Qalatasaray” isə baş məşqçi Okan Burukun istəyi ilə diqqətini “Mançester Siti”nin futbolçusu Omar Marmuşa yönəldib. Klubun həm futbolçunun özü, həm də meneceri ilə birbaşa əlaqə saxladığı bildirilir. “Sarı-qırmızılar”ın oyunçunu icarə əsasında transfer etmək istədiyi qeyd olunur.
Məlumata görə, Omar Marmuşla “Barselona”, “Atletiko Madrid”, “Aston Villa” və “Tottenhem” kimi Avropanın aparıcı klubları da maraqlanır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Fənərbağça iki hücumçu ilə danışıqlara başladı
01 Avqust 2026 15:13
“Fənərbağça” və “Qalatasaray”
16 May 2025 20:45
“Fənərbağça” “Qalatasaray”ın hədəfindəki futbolçu ilə danışıqlara başlayıb
12 May 2026 23:39
"Qalatasaray" dünya ulduzu ilə danışıqlara başladı
19 Dekabr 2024 17:28
Fənərbağça dünya ulduzu üçün rəsmi danışıqlara başladı FOTO
12 Yanvar 2026 22:52
Baxış sayı:88
Bu xəbər 07 May 2026 16:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları