“Qalatasaray” nəhəng idman arenası tikir
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu böyük idman kompleksi inşa edəcək.
QOL.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Ekologiya və Şəhərsalma Nazirliyi tikintiyə rəsmi olaraq icazə verib.
Yeni arena "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Rams Park"ın yanında tikiləcək və 62 hektar ərazini əhatə edəcək. Arenada basketbol və voleybol salonları ilə yanaşı, olimpiya səviyyəli qapalı hovuz da yer alacaq.
Layihə çərçivəsində azarkeşlərin faydalana biləcəyi restoranlar, konfrans salonları və digər obyektlər tikiləcək.
"Qalatasaray" rəhbərliyi bu nəhəng layihənin sonunda tam bir "Qalatasaray" dünyasını tək dam altında yaratmağı hədəfləyir. Bu kompleks sayəsində azarkeşlər oyun günlərində unikal idman və əyləncə festivalı keçirə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 02 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















