Qalatasaray öz yetirməsi ilə müqaviləni yenilədi
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
''Qalatasaray'' bir futbolçu ilə müqavilənin yeniləndiyini açıqlayıb. Söhbət klubun öz yetirməsi olan Metehan Baltacıdan gedir.
22 yaşlı mərkəz müdafiəçisi ilə 2028-in yayına qədər yeni müqavilə imzalanıb. Metehan 2012-ci ildən ''Qalatasaray''ın akademiyasında yetişib. 2021-də əsas komandaya cəlb olunduqdan sonra ''İskəndərunspor'', ''Manisa'' və son olaraq ötən mövsüm ''Eyüpspor''a icarəyə verilmişdi. Əbdülkərim Bardakcının zədələnməsindən sonra Metehan son qarşılaşmalarda əsas heyətdə meydana çıxırdı. Amma gənc futbolçu ''Eyüpspor''la qarşılaşmada müəyyən səhvlərə yol vermiş, ''Sivasspor''la son oyunda isə artıq 15-ci dəqiqədə qırmızı vərəqə almışdı.
Metehan bu mövsüm ''sarı-qırmızılar''ın heyətində 7 qarşılaşmada 287 dəqiqə meydanda olub və aktivinə 1 məhsuldar ötürmə yazıb.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Dekabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















