Qalatasaray əsas futbolçulardan biri ilə müqaviləni yenilədi
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Derbi öncəsi ''Qalatasaray''la bağlı bir neçə xəbər var.
''Football-plus.az'' məlumat verir ki, Yunus Akgündən müjdəli xəbər var.
O, ''Fənərbaxça''ya qarşı oynamağa hazırdı. Son matçları zədə üzündən qaçıran 24 yaşlı vinger şənbə günü komanda ilə birlikdə məşqə çıxıb. Amma bu mövsüm komandanın ən yaxşı oyunçularından olan Yunusun start heyətində meydana çıxıb-çıxmayacağı bilinmir.
Digər xəbər Mauro İkardinin İstanbula dönməsidi. Rəhbərlik onu derbiyə xüsusi olaraq dəvət etmişdi. Ünlü forvard meydana çıxa bilməsə də, bu vacib oyunda komanda yoldaşlarına mənəvi dəstək vermək üçün tribunada olacaq.
Qeyd edək ki, İkardinin adı ikinci dövrə üçün iştirak ərizəsindən çıxarılıb. Və nəhayət, əsas xəbər Əbdülkərim Bardakcı ilə müqavilənin yenilənməsidi. 2022-ci ildə 2,5 milyon avroya ''Konyaspor''dan transfer edilən və komandanın müdafiəsinin dirəyi sayılan təcrübəli futbolçunun müqavilə müddəti bu mövsümün sonunda başa çatırdı. Onunla 2028-ə qədər müqavilə imzalanıb.
Yeni anlaşmaya görə onun illik maaşı 42 milyon lirədən 90 milyon lirəyə, yəni təxminən 1,1 milyon avrodan 2,3 milyon avroya yüksəldilib.
30 yaşlı futbolçu indiyə qədər ''Qalatasaray''da 2 çempionluq, 1 superkubok olmaqla 3 titul qazanıb və forma geydiyi 112 qarşılaşmada 14 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















