Qalatasaray Türkiyə futbol tarixinin ən bahalı transferini reallaşdırmağa hazırlaşır
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İstanbulun "Qalatasaray" klubu "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenin transferi üçün İtaliya təmsilçisinə 70 milyon avro təklif edəcək.
Bu barədə İspaniyanın "AS" nəşri yazıb.
"Sarı-qırmızılılar" nigeriyalı hücumçuya illik 15 milyon avro maaş və 3 illik müqavilə təklif etməyi planlaşdırır.
Bu transfer həm klubun, həm də Türkiyə futbol tarixinin ən bahalı transferi kimi tarixə düşəcək. Klub nigeriyalı üçün 70 milyon avro xərcləməyə hazırdır.
Bu təklifin Avropanın böyük klublarının təklif etdiyi maaşlarla rəqabət apara biləcək səviyyədə olduğu düşünülür. Bu, həmçinin Səudiyyə Ərəbistanı kimi yüksək maaşlı liqalarda oyunçuların qazana biləcəyi gəlirə bənzər gəlir deməkdir.
Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində bütün yarışlarda 32 rəsmi matçda iştirak edib. Nigeriyalı hücumçu bu matçlarda 28 qol vurub, 5 məhsuldar ötürmə edib. Superliqada 20 qol vuran Osimhen bombardirlər siyahısında da ilk pillədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















