“Qalatasaray“a yeni prezident seçildi
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray" klubunda keçirilən seçkili ümumi yığıncaq başa çatıb və Dursun Özbek yenidən klub prezidenti seçilib.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçki "Qalatasaray" Liseyində keçirilib.
Məlumata görə, Dursun Özbek seçkidə yeganə namizəd olub. Səsvermədə 2 079 üzv iştirak edib və onlardan 1 780-nin səsi etibarlı hesab olunub.
Seçkidən sonra Dursun Özbek bildirib ki, yeni dövrdə klubun əvvəlki uğurlarının üzərinə daha böyük nailiyyətlər əlavə etmək üçün çalışacaqlar.
Qeyd edək ki, səsvermədə klubun bəzi rəsmiləri ilə yanaşı, Fatih Terim də iştirak edərək səs verib.
Baxış sayı:50
Bu xəbər 23 May 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















