Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

“Qalatasaray”da mənə daha çox oynayacağıma söz vermişdilər”

“Qalatasaray”da mənə daha çox oynayacağıma söz vermişdilər”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər üç İstanbul nəhəngində forma geyən ilk əcnəbi futbolçu kimi adını Türkiyə futbolu tarixinə yazdıran Mişi Batşuayinin Türkiyə macərası bu qış başa çatdı.

Təcrübəli belçikalı forvard 3 milyon avro qarşılığında “Qalatasaray”dan “Ayntraxt”a yollandı. Frankfurt təmsilçisi onun peşəkar karyerasındakı 10-cü fərqli klubdu.
Görəsən, o, “Mançester Siti”yə yollanan “Ayntraxt” fanatlarının sevimlisi Omar Marmuşu layiqincə əvəz edə biləcəkmi?
Hələ ki yeni klubunda qol hesabını aça bilməyən 31 yaşlı forvard “Ayntraxt”ın “Bavariya” ilə səfər oyunundan öncə bundesliqanın rəsmi saytına müsahibə verib.
- Bu qədər müddətdən sonra bundesliqaya qayıtmağa üstünlük verdiz. Nə üçün məhz “Ayntraxt”ı seçdiz?
- Bəli, yenidən bundesliqada oynayacağıma görə sevincliyəm. Frankfurt böyük şəhər, “Ayntraxt” isə böyük klubdu. Bu komanda yetərincə yaxşı mövsüm keçirir. Bu, mənim üçün böyük bir çağırışdı və bu macəramın uğurlu alınacağına ümid edirəm.
- “Ayntraxt”da sizi ilk növbədə nə cəlb etdi?
- Keçmişdə mən həmişə çılğın və mükəmməl azarkeşlərə malik klublarda oynamışam. İnanıram ki, “Ayntraxt” bu tendensiyanı davam etdirmək baxımından düzgün seçimdi. Stadionu, fanatları görəndən sonra düzgün qərar verdiyimə əmin oldum. Fikrimcə, karyeramda yeni macəraya atılmaq, yeni çağırışı qəbul etmək üçün doğru zamandayam. Bu fürsəti qaçıra bilməzdim. Mənim üçün əla seçim oldu.
- “Qalatasaray”dakı karyeranızın son aylarında elə də çox oynamaq imkanınız olmadı. Yəqin ki, İstanbuldan ayrılıb bura gəlməyinizin əsas səbəbi məhz budu...
- Təbii ki, hər futbolçu mümkün qədər çox oynamaq, komandasına yardım etmək və qollar vurmaq istəyir. “Qalatasaray”a yollananda mənə daha çox oynayacağıma söz vermişdilər. Amma bunun belə olmadığını gördük. Burda isə ilk gündən özümə qarşı inam və sevgi hiss etdim. Görürəm ki, baş məşqçi həqiqətən də hər futbolçunun maksimum səviyyəsinə çatmasını istəyir. Bu məqama çox vaxt ayırır və bütün bacarığını ortaya qoyur. Ona görə də belə klubda olduğuma görə xoşbəxtəm.
- 7 il öncə artıq bundesliqada oynamısız. Dortmund “Borussiya”sı ilə bundesliqada 10 oyuna 7 qol vurmusuz. Həmin dönəmi necə xatırlayırsız?
- Bəli, Dortmundda uğurlu dönəm keçirmişdim və çox effektli oynadığımı xatırlayıram. Təəssüf ki, yaxşı başlanğıcdan sonra zədə aldım və bu, hər şeyi korladı. Vəziyyət dəyişdi. Amma bundesliqa üçün darıxırdım. Məhz buna görə də hazırda burdayam. Ümid edirəm ki, fanatlarımıza və kluba çoxlu sevincli anlar yaşadacam.
- Yeri gəlmişkən, “Borussiya”da komanda yoldaşınız olmuş Mario Götse ilə Mahmud Dahud da hazırda “Ayntraxt”dadı. Yeni klubda tanış simaları görmək necə hissdi?
- Onları yenidən görmək mənim üçün xoş oldu. Elə ilk günlərdə burda mənə ən çox yardım edənlər məhz onlar oldu. Amma tək onlar yox, bütün komanda məni isti şəkildə qarşıladı. Burda hər kəsə, ilk növbədə klubun özünə mənə güvəndiyinə görə təşəkkür edirəm. Çünki mənə güvənməsələr, bu transfer baş tutmayacaqdı. Oyunumla bu inamın qarşılığını vermək istəyirəm.
- “Ayntraxt”ın bu mövsüm uğurlu çıxışının baş memarlarından biri Omar Marmuş idi. Onun ayrılmasından sonra məhz siz kluba gəldiz. Bu qədər böyük dəyərə malik olan bir futbolçunun yerinə transfer olunmaq necə hissdi?
- Bu məsələdə belə düşünürəm ki, hər futbolçu öz tarixini yazır. Omar Omardı, mən isə Mişiyəm! Əsas hədəfim, sadəcə, komandanın irəliləməsinə mümkün qədər çox yardım etməkdi. Bunun üçün də ilk növbədə qollar vurmalıyam.
- “Ayntraxt”ın həm də Çempionlar Liqasına vəsiqə qazanmaq ehtimalı var. Bu məqam Frankfurta gəlişinizdə nə dərəcədə rol oynadı?
- Əlbəttə, hər futbolçu ÇL kimi turnirdə oynamaq, o həyəcanı yaşamaq istəyər. Hərçənd düzünü desəm, qərar verərkən bu məqam həlledici rol oynamadı. Digər tərəfdən, hətta ilk məşqdən də komanda yoldaşlarımın nə dərəcədə uğura ac olduqlarını hiss etdim. Məşqdə temp çox yüksək olur. Hər kəs bir-birini daha ürəkdən oynamağa motivasiyalandırır. Burda hər kəs eyni hədəfə köklənib və birlikdə buna nail olmaq istəyirik.
ƏLİ RAUFOĞLU hazırladı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri