“Qalatasaray”dan “Siti”yə 3 milyonluq təklif
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"Qalatasaray" "Mançester Siti"nin qapıçısını transfer etməyə çalışır.
"Ölkə.az" xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Bildirilir ki, "Qalatasaray" 31 yaşlı qolkiperin transferi üçün 3 milyon avro təklif edib.
Edersonun "Mançester Siti" ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Ötən mövsüm braziliyalı qolkiper Premyer Liqada 26 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

