Icma.az
close
up
RU
Qalatasarayın hücumçusu Mançester Yunaytedə keçə bilər

Qalatasarayın hücumçusu Mançester Yunaytedə keçə bilər

"Mançester Yunayted" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimheni transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted" nigeriyalı forvard üçün onun müqavilə ilə məxsus olduğu "Napoli" ilə danışıqlara başlayacaq. "Qırmızı şeytanlar" İtaliya klubuna Coşua Zirkzeni və müəyyən miqdarda pul təklif edəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni 2024/2025 mövsümünün sonuna kimi icarəyə götürüb. 25 yaşlı hücumçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
seeBaxış sayı:103
embedMənbə:https://sportal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri