Icma.az
close
up
RU
“Qalatasaray”ın sabiq baş məşqçisi: “Qarabağ” Çempionlar Liqasında nəyə qadir olduğunu sübut edib”

“Qalatasaray”ın sabiq baş məşqçisi: “Qarabağ” Çempionlar Liqasında nəyə qadir olduğunu sübut edib”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qalatasaray”ın “Union”la oyunundan sonra “Napoli” - “Qarabağ” matçını izlədim”.

Bu sözləri “Qalatasaray”ın sabiq baş məşqçisi Hamza Hamzaoğlu deyib.

Türkiyəli tanınmış mütəxəssisin sözlərinə görə, Azərbaycan təmsilçisi məğlub olmasına baxmayaraq layiqi mübarizə aparıb.

“Yaxşı qol fürsətləri də oldu, təəssüf ki, məntiqi sonluqla nəticələnmədi. “Napoli” bir az da təcrübəsi hesabına qalib gəldi. Nəticəyə baxmayaraq, “Qarabağ”ı təbrik edirəm. Çempionlar Liqasında bura qədər gəlmək asan iş deyil. Qurban Qurbanovun işini çox bəyənirəm. Onun gördüyü işlər möhtəşəmdir. Biz “Qarabağ”ı sevirik”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

O, “Qarabağ”ın liqa mərhələsindəki şanslarını da dəyərləndirib: “Qarşıda üç çətin oyun var. Amma “Qarabağ” Çempionlar Liqasında nəyə qadir olduğunu sübut edib. Düşünürəm ki, komandanın hazırkı problemi orta sahə ilə bağlıdır. Marko Yankoviç çox yaxşı futbolçudur. Onu Serbiya təmsilçisi “Partizan”dakı çıxışından tanıyıram. Lakin yarımmüdafiəni daha da gücləndirmək üçün müəyyən dəyişikliklər lazımdır. Çünki komanda bəzən bu zonada axsayır”.

Vaxtilə Türkiyə millisində köməkçi məşqçi vəzifəsində işləmiş çalışdırıcı indiyədək Azəebaycandan təklif almadığını deyib: “Təklif olsaydı, mütləq gələrdim. Azərbaycan bizim də Vətənimizdir”.

Qeyd edək ki, Hamza Hamzaoğlu “Qalatasaray”da işlədiyi dönəmdə komandaya Türkiyə çempionluğunu, ölkə kubokunu və Superkbokunu qazandırıb.

Xatırladaq ki, “Napoli” - “Qarabağ” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri