Qalibaf Bessentin iddialarını təkzib edib Vaşinqtonun müharibə xərclərinə baxın...
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessentin ABŞ-nin son iki həftə ərzində regiondan 130 milyon barel neft keçirə bildiyinə dair bəyanatlarını təkzib edib.
Bu barədə Qalibaf "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Daha əvvəl Bessent paylaşım edərək bildirib ki, Amerikanın blokadası və "İqtisadi təcrid" əməliyyatı zəifləməkdə olan İran iqtisadiyyatını darmadağın edəcək. O həmçinin qeyd edib ki, ABŞ son 14 gün ərzində regiondan 130 milyon barel neft çıxara bilib.
İran parlamentinin spikeri ABŞ-nin maliyyə nazirini yalançılıqda ittiham edib və onu Vaşinqtonun müharibə xərclərinə baxmağa çağırıb.
"Köməkçilərinizdən sizə "Moody's"in məlumatlarını təqdim etmələrini xahiş edin, həmin məlumatlara əsasən, ABŞ-nin İranla müharibə xərcləri 130 milyard dollardan çox təşkil edib", - Qalibaf yazıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi üzrə irimiqyaslı əməliyyatın başladığını elan etmişdi. Buna cavab olaraq Qalibaf qeyd edib ki, ABŞ-nin İrana göstərdiyi hərbi və iqtisadi təzyiq Vaşinqtonun özü üçün ağır nəticələrə gətirib çıxaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 29 Avqust 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















