Qalibaf: İran 3+3 platformasını tam dəstəkləyir
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran "3+3" platformasını tam dəstəkləyir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
Qeyd edilib ki, görüşdə bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni imkanlar və perspektivlər barədə də danışılıb. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsi isə yaxşı heç nə vəd etmir. Məhəmməd Baqer Qalibaf da İranın "3+3" platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, həmçinin siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, regiona kənar ölkələrin cəlb olunması qəbuledilməzdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















